Batini zəkat nədir?
Zəkat dinin vacibatlarından biridir ki, hər bir müsəlman ona əməl etməkdə məsuldur.
Zəkat, ancaq İslam dininə aid deyildir, başqa dinlərdə də zəkat vardır. Zəkat və namaz bütün səmavi dinlərdə olan müştərək vacibatlardır. Zəkat adətən maddi əşyalara şamil edilir, qızıl, gümüş, buğda... kimi. Ancaq bununla yanaşı, batini zəkat da mövcuddur. Bəs batini zəkat nədir? Batini zəkat odur ki, o şeyə ki, din qardaşının ehtiyacı vardır – onu özünə aid etməyəsən. Özünü ondan üstün bilməyəsən. Əksinə, hər zaman onu özündən üstün biləsən. Bu prizmadan baxan zaman, hər bir maddi xidmətlər ki, zahiri zəkat hesab olunur – həm də batini zəkatdırlar. Mufəzzəl nəql edir: “İmam Sadiqin (ə) xidmətində idim. Bir nəfər Həzrətdən (ə) soruşdu ki, malın hansı dərəcəsində zəkat vacib olur? Həzrət (ə) buyurdu: “Zahiri zəkat, yoxsa batini zəkat?”. Dedi: “Hər ikisini də bilmək istəyirəm”. İmam (ə) buyurdu: “Zahiri zəkat hər bir min dirhəmə, 25 dirhəm aid olur. Ancaq batini zəkat odur ki, o şeyə ki, qardaşının daha çox ehtiyacı vardır – onu özünə aid etməyəsən və özünü üstün bilməyəsən, bəlkə onu irəli qoyasan”. /Deyerler.org/ Oxşar xəbərlər
|