Həzrət Süleymanın (ə) taxtabiti vasitəsilə bilinən vəfatı
Heyvanlar bir çox hallarda Allahın möcüzəsi və insan üçün imtahan vasitəsi ola bilirlər. bu hallardan biri – Həzrət Süleymanın (ə) ölüm hadisəsi ilə bağlıdır.
“Ölümü onun üçün (o, əsaya söykənmiş halda olarkən) qərara aldıq (və onu öldürdük). Yalnız yerdə hərəkət edən onun əsasını yeyən bir qurd (taxtabiti) onları (ailəsini və cinləri) onun ölümündən xəbərdar etdi. (Süleyman) yerə yıxılanda (qeyb elmini bilmək iddiasında olan) cinlər başa düşdülər ki, əgər qeybi bilsəydilər, o alçaldıcı əzabda qalmazdılar. (Uzun müddət müti halda artıq çoxdan dünyasını dəyişmiş sultanın hüzurunda durmazdılar)”. (“Səba” 14). İmam Əli (ə) buyurur: “Əgər kiminsə qalıcı olması üçün yol olsaydı, Süleyman kimi olardı ki, cin və ins xidmətində idi. Nübuvvət məqamına malik idi və böyük qürbə malik idi”. Ancaq Həzrət Süleymanın (ə) əzəmətinə baxmayaraq, onun vəfat etməsi barəsində heç kəsin xəbəri olmur. Taxtabiti onun əlində tutduğu əsasını yeyir və bununla, onun öldüyünü xəbər verir. Beləcə əsa qırılır və Süleymanın (ə) cansız bədəni yerə düşür. Bu ayədən çıxartdığımız nəticələr: 1. Ölümün zamanı Allahın əlindədir. 2. Ölüm hətta peyğəmbərlərin (ə) belə sorağına gələr. 3. Heyvanlar Allahın məmurlarıdırlar. 4. Hətta cinlər belə, onun ölməsindən xəbər tutmamışdılar. 5. Cinlər izzət və zillət hissinə malikdirlər və ağır işlərdən qaçırlar. /Deyerler.org/ Oxşar xəbərlər
|