Bu surə əsir üçün oxunarsa, azad olar. Əgər qəmli insan bu surəni oxuyarsa, qəmi şadlığa çevrilər
Mьəllif: admin1
Tarix: 3-04-2021, 22:15
Bu surə əsir üçün oxunarsa, azad olar. Əgər qəmli insan bu surəni oxuyarsa, qəmi şadlığa çevrilər
“Cinn” surəsi Quranın 72-ci surəsidir və Məkkədə nazil olmuşdur. Bu surənin 28 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Cinn” surəsini oxuyarsa, Allah, Peyğəmbəri (s) təsdiq və inkar edən cinn və şeytanların sayı qədər qul azad etməyin savabını ona verər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Cinn” surəsini çoxlu oxuyarsa, dünyada cinlərin ziyanı ona dəyməz. Nə göz dəyməsi, nə sehr, nə də məkr ona ziyan verməz.

O, Həzrət Muhəmmədlə (s) birlikdə olar və deyər: “Allahım! Onun əvəzində bir şey istəmirəm. Onu heç bir şeylə əvəz etmirəm. İstəmirəm ki, onda bir dəyişiklik olsun””.

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: ““Cinn” surəsini oxumaq şeytanın yerindən qaçmasına səbəb olar.

Hər kim zalımın sorağına getmək istəyirsə, bu surəni oxumaqla aman əldə edər. Hər kim bu surəni davamlı oxuyarsa, əgər çətinlikdə olarsa Allah genişlik qapısını onun üzünə açar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Cinn” surəsini davamlı olaraq oxuyarsa, Peyğəmbəri (s) yuxuda görər. Hər nə istəsə, ona verilər”.

Əgər bu surə əsir üçün oxunarsa, azad olar. Əgər qəmli insan bu surəni oxuyarsa, qəmi şadlığa çevrilər. Əgər borclu insan bu surəni oxuyarsa, borcunu qaytarar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031