Hacətləri yerinə yetirən “Ya Əliyy” zikrinin fəzilətləri
Bəzən insan zikri dildə deyər və bu zikrə dil zikri deyərlər. Bəzən dil zikri ixlaslı niyyətlə bir yerdə olar ki, ona qəlb zikri deyərlər.
Bəzən də zikr insanın rəftarına, danışığına təsir edər və onu günahdan saxlayar. Belə zikr etmək – səadətin ən uca zirvəsinə çatmaqdır. Nə zaman fürsətiniz yaransa, əlinizə təsbeh alın və “Ya Əliyy” zikrini deyin. Çünki İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurur: “Hər kim “Ya Əliyy” zikrini deyər, Allah Quranı bir dəfə xətm etmək savabını ona əta edər”. “Ya Əliyy” zikri hacətin yerinə yetməsinə yardım edən zikrlərdəndir. Hər kim 10 gecədə hər gecə iki rükətli hacət namazı qılsa və namazdan sonra heç kəslə danışmadan 110 dəfə salavat desə, onun ardınca 1570 dəfə “Ya Əliyy” zikrini desə, Allahdan hacətini istəyib, 3 dəfə salavat göndərsə – hacətinə çatacaqdır. Başqa yerdə oxuyuruq ki, hər kim pak paltar və xalis niyyətlə iki rükətli hacət namazı qılsa və sonra 100 dəfə salavat desə, 11 gün ardıcıl şəkildə hər gün 1000 dəfə “Ya Əliyy” zikrini desə, 12-ci günü hacətinə çatacaqdır. Hacətinə çatan günü də 1000 dəfə bu zikri desin ki, bir yerdə 12000 min zikr edəcəkdir. Hər dəfə hacət namazı qılmağı və salavat göndərməyi unutmasın. Allah Təala cəmi hacətləri qəbul etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|