Niyə tövsiyə olunur ki, hər gün Aşura ziyarətini oxuyaq?
Mьəllif: admin1
Tarix: 11-04-2021, 10:38
Niyə tövsiyə olunur ki, hər gün Aşura ziyarətini oxuyaq?
Ayətullah Cavadi Amuli bu sualı “Dastan və ürfan” kitabında belə cavablandırmışdır: “Hər gün Aşura ziyarəti oxumağın sirri ondadır ki, Əhli-Beytə (ə) qarşı məhəbbətə malik olasınız və onlara salavat göndərəsiniz.

Düşmənlərinə isə nifrət edəsiniz. Ona görədir ki, onunla müxalif olanların fikirlərinə nifrət edilsin, əks halda indi nə Müaviyyə (lən) var və nə də Yezid (lən) var ki, onları lənətləyək. Onların adları unudulmuş və qəbirləri viranə olmuşdur. Bu gün əsil mövzu – əsrimizin Yezidləridir.

O zaman ki, Fironun həyat yoldaşı Allaha dua edir, demir ki, Allahım, mənə ancaq Firondan nicat ver. Deyir ki, mənə Firondan və fironlulardan ki, onun pis işlərinin və sünnətinin tərəfdarlarıdır – nicat ver. Təfəkkür həmişəlik qalmaqdadır, baxmayaraq ki, adlar və ünvanlar dəyişsə belə.

Bu gün həm Şəhidlər Sərvərinin yolu diridir, həm də Əməvi, Mərvani və Abbasi əqidəsi mövcuddur. O ki, çox ağlamağı tövsiyə edirlər – ona görədir ki, şəhadət eşqi sönməsin. Şəhadət tamı insanların canında diri qalsın.
Göz yaşı o kəsin rənginə boyanar ki, onun üçün tökülmüşdür. Həmin rəngi göz yaşı sahibinə verər. Bu səbəbdən belə insan nə zülm edər və nə də zülmü qəbul edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031