Şəxsiyyətli insanın nişanələri
Mьəllif: admin1
Tarix: 19-04-2021, 10:32
Şəxsiyyətli insanın nişanələri
İmam Sadiq (ə) buyurur: “Üç şey şəxsiyyətin nişanəsidir: gözəl əxlaq, qəzəbi yatızdırmaq, göz yummaq”.

Gözəl əxlaq

Quran və hədislərimiz gözəl əxlaqa malik olmağı həmişə mədh etmişdir. Həzrət Peyğəmbərin (s) möcüzələrindən biri gözəl əxlaqı idi.

Bu həyatda insanın başına çox sayda hadisələr gələ bilər. Mühüm odur ki, insan özünü kontrol edə bilsin. Şəxsiyyətə malik olan hər bir insan həyatın gətidiyi az və ya çox bəlalar qarşısında dayanar və səbir edər.

Heç bir zaman əxlaqını dəyişməz. İnsanlarla mehriban, gülərüz və mülayim davranar. Halbuki, şəxsiyyətsiz insanlar ən az müsibətlə qarşılaşan zaman səbirsiz olur və başqaları ilə rəftarına diqqət etmirlər.

Elm əhli üçün gözəl əxlaqa malik olmaq çox mühümdür. İnsanları mənəvi məsələlərə tərəf cəlb etmək üçün ən mühüm sərmayədir. İnsan dininin 50%-ni gözəl əxlaqı ilə təbliğ edər və yerdə qalanını elmi ilə.

Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: “Gözəl əxlaq dininin yarısıdır”.

İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaqdan ləzzətli həyat yoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur”.

Həzrət (s) başqa yerdə buyurur: “Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir”.

Qəzəbi yatızdırmaq

Qəzəb - insan daxilində olan atəşə bənzəyər. İnsan bu atəşin qarşısını ala bilməlidir. Çünki bu, şəxsiyyətin nişanəsidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Kim qəzəbinin qarşısını almasa, Allah da ona qarşı əzabının qarşısını almaz”.

İmam Baqir (ə) buyurur: “Kim qəzəbini soyuda bilsə və onu udsa, Allah Qiyamət günündə onu qəlbini iman və rahatlıqla aşırıb daşırar”.

İmam Sadiq (ə) buyurur: “Qəzəb, ona qarşı dözümü olan üçün nə qədər gözəl qurtumdur”.

Göz yummaq

Göz yummaq sözünün mənası genişdir:

- Naməhrəmə göz yummaq.

- İnsanların eybinə göz yummaq.

- İnsanların kiçik səhvinə göz yummaq.

- Dünyanın əsrarəngizliyinə göz yummaq.

Allah Təala bizləri bəyəndiyi durumda qərar versin!



Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031