Qəlbin batini hissləri hansılardır?
Mьəllif: Admin
Tarix: 14-04-2024, 10:38
Qəlbin batini hissləri hansılardır?
Qəlbin həqiqətlərini tanımağın ən yaxşı vasitəsi – Qurandır. Baxaq görək, Quran qəlbi bizə necə tanıtmışdır?

Quranın qəlbə nisbət verdiyi həqiqətlərdən biri – idrakdır. “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.

Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).

Bu ayə buyurur ki, insanın qəlbi dərk etmək üçündür. Hər kim qəlbi ilə dərk etmirsə, deməli heyvan kimidir. İdrak qüvvəsi yoxdur.

Qurani-Kərimin qəlbə nisbət verdiyi başqa həqiqət – batini hisslərdir. Misal üçün, qorxu hissi kimi. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).

İztirab hissi də qəlbin batini hisslərindən biridir. “O gün ürəklər bərk iztirab və qorxu (içində) olar”. (“Naziat” 8).

Batini hisslərdən biri də həsrətdir. “Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir”. (“Ali-İmran” 156).

Qəlbə nisbət verilən həqiqətlərdən biri də qəsavətdir. “Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər”. (“Zumər” 22).

Qəlbə nisbət verilən həqiqətlərdən biri də aramlıqdır. “Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur”. (“Fəth” 4).

Müqəddəs Quranın qəlbə nisbət verdiyi həqiqətlər çoxdur. O cümlədən: təqvadır, təvazökarlıqdır, mütilikdir, tamahkarlıqdır, həsəddir...

Beləliklə deyə bilərik ki, hər kim insan qəlbini yaxşı tanımaq istəyirsə, Qurani-Kərimə müraciət etsin. Çünki məhz Quran insana qəlbin həqiqətlərini tanıdır və onu qəlblə yaxından tanış edir.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031