Niyə insanın qulağında acı su var? Niyə gözündə şor su var? – İnsan yaradılışının sirləri
Mьəllif: Admin
Tarix: 14-04-2024, 10:44
Niyə insanın qulağında acı su var? Niyə gözündə şor su var? – İnsan yaradılışının sirləri
İmam Kazım (ə) buyurur: “Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir.

Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanın başındakı saçları ulduzlara bənzəyir. Gözləri – Günəş və Ay kimidir.

Tənəffüs orqanı şimal və cənub kimidir. İnsanın iki qulağını şərq və qərb kimi qərar vermişdir. Həmçinin insanın göz qırpması ildırım kimidir, danışması və kəlamı – səma səsi kimidir.

Yol getməsi – ulduzların hərəkəti kimidir. İnsanın əyləşməsi və baxması – ulduzlar kimidir. Yatması – onların süqut etməsi, ölümü – həmin ulduzların məhv olması kimidir.

Kərim Allah insanın belində 24 fəqərə qərar vermişdir ki, gecə və gündüz keçən 24 saat kimidir. Daxilində 30 bağırsaq vardır ki, ayda günlərin sayı qədərdir.

İnsan daxilində dörd cür su vardır:

- Şor su gözündədir ki, soyuqda və istidə onu qorusun.

- Acı su qulaqlardadır ki, həşəratların daxil olmasına mane olsun.

- Belində qərar verdiyi su, onu fəsaddan sağlam saxlayar.

- Saf su ağzındadır. Ona görə də nə zaman … danışmaq üçün ağzını açır, Sübhan Allahın yeganə olmasına şəhadət verir”.

Bu hədis insan xilqətinin nə qədər sirli olduğundan xəbər verir. Bu qədər möcüzəvi bir bədənə malik olan insan, gərək onun qədrini bilsin və onu yaradana dərin etiqad bəsləsin.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031