Borc sahibi yanan barmağını alimin sinəsinə basdı… – məhşər səhnəsindən görüntü
Mьəllif: Admin
Tarix: 20-04-2021, 23:38
Borc sahibi yanan barmağını alimin sinəsinə basdı… – məhşər səhnəsindən görüntü
Bir nəfər həcci yerinə yetirmək üçün Məkkəyə gedir. Yolunun üstündə Nəcəf şəhərinə çatır. Yanında olan pulu bir nəfərə əmanət vermək istəyir.

Ona görə də qarşısına çıxan ilk dükana girir və söyləyir ki, pulunu əmanət qoymaq istəyir. Dükan sahibi ilə bir qədər söhbət edəndən sonra, başa düşür ki, yaxşı insandır. Ona görə də pulunu onun yanında əmanət qoyur və Məkkəyə gedir.

Qayıdan zaman pulunu ondan istəyir. Ancaq dükan sahibi pulu verməkdən imtina edir və deyir ki, sən mənə heç bir şey verməmisən.

Bu insan şahidi olmadığı üçün çarəsiz qalır. O, hərəmə gedir və İmam Əliyə (ə) müraciət edir. Hərəmdə ağlayır və İmamdan (ə) yardım istəyir. Yuxu aləmində İmam (ə) onun yanına gəlir və buyurur ki, gedib pulunu Hacı Seyyid Əlidən alsın.

Kişi düşünür ki, axı Hacı Seyyid - mərcəyi-təqliddir. O isə pulunu başqa bir adamın yanında əmanət qoymuşdur. Bu pulu alimdən necə istəyə bilər ki?

İkinci gün də gedir və ağlayır. Yenə yuxuda İmamı (ə) görür və İmam (ə) həmin sözləri təkrar edir.

Həmin hadisə üçüncü gün də təkrar olur.

Çarəsiz qalıb, alimin yanına gedir və başına gələnləri ona danışır.

Alim deyir: “Bəli, pulun mənim yanımdadır. Sabah məscidə gəl və pulunu al”.

Şəhərdə elan edirlər ki, hamı məscidə gəlsin. Alim gəlir və minbərə çıxaraq deyir: “Hər il mal almaq üçün Bağdada gedirdim. Alış zamanı bir yəhudidən parça almışdım və ona bir qədər pul borclu qalmışdım.

Sonrakı il gedəndə borcumu qaytarmaq istədim, ancaq bildim ki, yəhudi ölmüşdür. Mən də həmin pulu dükanın qapısından içəri atdım və geri qayıtdım.

Gecə yuxuda gördüm ki, məhşər səhnəsidir və mən Sirat körpüsündəyəm. Qarşımda atəşdən bir dağ vardı və həmin yəhudini görürəm. O, deyir ki, “sənin mənə borcun vardır, onu qaytar”.

Mən də dedim ki, həmin pulu dükanın qapısından içəri atmışam. O, dedi ki, o pulu gərək varislərimə verəydin, indi həmin pulu mənə qaytar.

Mən də dedim ki, axı mənim pulum yoxdur. O, dedi ki, onda günahlarımı boynuna götür. Mən dedim ki, əgər günahlarını boynuma götürsəm, cəhənnəmlik olacağam. O, dedi ki, mən də qoymayacağam ki, sən Siratdan keçəsən.

Dedim ki, “ey yəhudi, məni azad et və mənə əziyyət etmə”.

Dedi ki, səni buradan buraxmayacağam. İcazə ver, bədənim bir qədər sənin bədəninə dəysin və soyusun.

Dedim ki, əgər bədənin mənə dəysə, mən yanaram.

Dedi ki, çarən yoxdur. O, barmağını sinəmə vurdu və mən yanğının şiddətindən nərə çəkdim və yuxudan ayıldım.

Qonşular mənim bu səsimdən yuxudan ayıldılar. Sinəm yəhudinin barmağının təsirindən yaralanmışdı”.

Bu zaman alim sinəsini insanlara göstərdi.

Alim dedi: “Ey insanlar! Bu mövzudan yeddi il keçmişdir. Ancaq sinəm indiyə qədər yaradır!”.

Söz bu yerə çatan zaman dükan sahibi gedir və pul kisəsini gətirir. O, pulu alimə verir və alim də həmin pulu qaytarır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031