Zəmzəm suyunun şəfa amili
Mьəllif: Admin
Tarix: 25-04-2021, 09:39
Zəmzəm suyunun şəfa amili
Zəmzəm suyunun şəfaverici olması ilə bağlı hədislər mövcuddur.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Təvaf və namazdan sonra əgər bacarsan, Zəmzəm suyundan bir qədər iç və de: “Allahım bu suyu faydalı elm, geniş ruzi, bütün dərdlərin dəvası qərar ver””.

İmam Sadiq (ə) buyurur: “Zəmzəm suyu hər bir xəstəliyin şəfasıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Zəmzəm suyu – yer üzərində olan ən üstün sudur və hər bir dərdin şəfasına səbəb olar”.

O kəslər ki, Məkkədən gələrdilər, Peyğəmbərin (s) onlardan istədiyi tək şey – Zəmzəm suyu olardı.

Elmi araşdırmalara görə bu müqəddəs suyun mənbəyi Beytul-həramın kənarından, daha dəqiq desək, Həcərul-əsvədin altından başlayır.

Maraqlısı budur ki, o zaman ki, həcc mövsumu başlayar, bu suyun miqdarı artar ki, hacılar bu sudan daha çox bəhrələnə bilsinlər.

Bu suyun şəfaverici olması hədislər vasitəsilə təsdiq edilmişdir, bir şərtlə ki, insanın ona əqidəsi olmalıdır. Necə ki, Quran iman gətirənlər üçün şəfavericidir, Zəmzəm suyu da onun şəfaverici olmasına inananlar üçün şəfaverəndir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031