Quranın tilavət haqqını vermək necə olur?
“Ona (Qurana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir”. (“Bəqərə” 121).
Quranı davamlı oxumaq – insanın ömrünü daha bərəkətli edər və düyünlərinin açılmasına səbəb olar. Bu insanın günahları bağışlanar və ata və anasına rəhm olunar. Quranı tilavət edən insan daima Allahın nəzərində qərar tutar və onun rəhmət yağışından bəhrələnər. O evdə ki, Quran oxunar – səma əhli üçün ulduz kimi parlayar və o evə mələklər gedib-gələrlər. Şeytanlar o evdən qaçarlar. Quranı davamlı olaraq oxuyanları üç dəstəyə ayırırlar. 1. Bu dəstə insanların ki, bütün səyləri hərfləri doğru oxumaq olar. Bu insanlar Quran ayələrinin mənasına diqqət etməzlər. Ona görə də ona əməl də etməzlər. Quran bu dəstə insanları kitabı daşıyanlar adlandırmışdır. 2. Bu dəstə insanlar nəinki tək hərflərin doğru oxunmasına səy göstərərlər, bəlkə onun mənalarına da diqqət edərlər. Ancaq əməldən bir xəbər olmaz. 3. Bu dəstə insanlar Quranı əməl kitabı kimi qəbul edirlər. Onlar həm oxunuşa diqqət edirlər, həm ayələrin mənası barəsində düşünürlər, həm də ona əməl edirlər. Quran bu insanları doğruçular adlandırmışdır. İmam Sadiq (ə) buyurur: “Tilavət haqqı dedikdə, məqsəd Quran ayələri barəsində təfəkkür etmək və onun əhkamına əməl etməkdir”. Həzrət Cəfər Sadiq (ə) bu hədisdə buyurur ki, hər kim Quranın tilavət haqqını vermək istəyirsə, gərək onun ayələri barəsində düşünsün və ona əməl etsin. Ancaq bu zaman Quranın tilavət haqqını vermiş olar. /Deyerler.org/ Oxşar xəbərlər
|