Qurani-Kərimdə salavatın 6 növü
Cəhənnəm atəşi və Sirat körpüsü o mövzulardandır ki, hər bir müsəlmanı narahat edir. Həzrət Peyğəmbər (s) buyurur: “O kəslər ki, dünyada mənə və mənim ailəmə salavat göndərərsə, Qiyamət günü mələklər gələr və qanadlarını qoruyucu qərar verərlər ki, bu zikri deyənlər cəhənnəm atəşinə düşməsinlər”.
Ona görə də bizi cəhənnəm atəşindən qoruya bilən əməllərdən biri də çoxlu salavat göndərməkdir. Quranda salavatın növləri zikr edilmişdir ki, onlarla tanış olaq: 1. Uca Allahın Peyğəmbərə (s) göndərdiyi salavat. Quran təlimlərinə görə, Allah Təala Həzrət Peyğəmbərə (s) salavat göndərər. Allah buyurar: “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56). 2. Allah Təala möminlərə salavat göndərər. “Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.O, möminlərə daim rəhm edəndır”. (“Əhzab” 43). 3. Allah sabirlərə salavat göndərər. “O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə, «Həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər. Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!”. (“Bəqərə” 156-157). 4. Mələklər möminlərə salavat göndərər. “Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur. O, möminlərə daim rəhm edəndır”. (“Əhzab” 43). 5. Möminlər Həzrət Peyğəmbərə (s) salavat göndərərlər. “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56). 6. Həzrət Peyğəmbər (s) möminlərə salavat göndərər. “Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir”. (“Tövbə” 103). /Deyerler.org/ Oxşar xəbərlər
|