Qurani-Kərimi oxumaq insana hansı üstünlükləri gətirər?
Mьəllif: Admin
Tarix: 29-04-2021, 10:14
Qurani-Kərimi oxumaq insana hansı üstünlükləri gətirər?
Qurani-Kərim – Allahın bizə nazil etdiyi ən mühüm və ən üstün nemətdir. Belə ki, Müqəddəs Quranda buyurulur: “Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah!

(Onun nemətlərinin bəziləri ibarətdir:).

(Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin (s) qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.

(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə İlahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla, başqasına çatdırmaq qüdrəti verdi)”. (“Ər-Rəhman” 1-4).

İnsan ancaq Allah tərəfindən təlim görərsə və Qurana əməl edərsə, o zaman kamala çata bilər. Çünki insan məhz Quran vasitəsilə bütün mənəvi və maddi nemətlərə çata bilər ki, onu kamal yolunda dəstəkləsin.

Həzrət Peyğəmbərin (s) ümmətinə tövsiyə etdiyi ən mühüm əməllərdən biri də məhz Quranı oxumaq olmuşdur. Bəs Quran oxumağın hansı üstünlükləri vardır?

1. Allahla söhbət etmək. Quran, Allahın insanlara göndərdiyi məktubdur və Onunla ünsiyyət yaratmaq istəyən hər bir insan Quran oxumalıdır. İmam Sadiq (ə) buyurur: “Allah özünü kəlamında insanlara nişan vermişdir”.

2. Quranın hidayətindən bəhrələnmək. Quranı oxumaq insanı təkamül etdirər və hidayət yoluna yönləndirər. İmam Sadiqin (ə) mübarək nəzərinə görə, hər kim Quran oxuyar – Allahın əmrlərinə boyun əyər və əhkamına əməl edər.

3. Quran vasitəsilə fəzilətli sifətlər əldə edər. Quran – təqva əhlini hidayət edən səma kitabıdır. Bu insanlar gecə namazı qılar, ibadətdə müti olar, çətinliklərə səbir edər, əfv və güzəşt etməyi bacararlar, daima Allahın nemətlərinə şükür edərlər...

4. Günahı tərk etməyi qərara almaq. Quran oxuyan insan, ayələrin şirinliyini dadar və günah işlədən zaman onu tərk etmək əzmi göstərər. Ona görə də hər kim Quran oxuyar – günahdan da uzaq olar.

5. Duaları qəbul olar. Quranla davamlı ünsiyyətdə olmaq insana şərafət verər. İmam Sadiq (ə) Allahın adından buyurur: “Hər kim Məndən istəmək yerinə, Mənim zikrimlə məşğul olarsa – ona ən uca məqamı əta edərəm və nə istəsə ona verərəm”.

6. Nuranilik amilidir. Quran oxumaq insanı nurani edər. Həzrət Peyğəmbər (s) Əbuzərə tövsiyəsində buyurur: “Quran oxu və Allahı çoxlu yada sal. Çünki Quran oxumaq mələkut aləmində yada salınmağına və yer üzərində nurani olmağa səbəb olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031