Ramazan ayında oruc tutana xüsusi nemətlər verilər
Mьəllif: Admin
Tarix: 8-04-2024, 10:29
Ramazan ayında oruc tutana xüsusi nemətlər verilər
Məsumlarımız (ə) mübarək Ramazan ayı (ə) haqqında nələri buyurmuşdular?

Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan (ayı) ona görə belə adlandırılmışdır ki, günahları yandırar”.

İmam Baqir (ə) buyurur: “Deməyin ki, Ramazan gəldi və Ramazan getdi. Çünki Ramazan – Allahın adlarındandır ki, getmir və gəlmir. Gedib-gələn şey – aradan gedəndir. Deyin ki, Ramazan ayı. Ayı ona əlavə edin.

Ramazan ayı o aydır ki, Quran onda nazil olmuşdur və Allah onu bayram qərar vermişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Həqiqətən, Allahın bərəkətli və rəhmətli ayı siz üz çevirmişdir. O ay ki, Allah yanında ən üstün aydır.

Gündüzləri – ən yaxşı gündüzlər, gecələri – ən yaxşı gecələrdir. Elə bir aydır ki, bu ayda Allah qonaqlığına dəvət olunarsınız”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimə Ramazan ayında beş şey verilər ki, məndən əvvəl heç bir ümmətə verilməmişdir.

Ramazan ayının ilk günü Allah onlara nəzər salar. Hər kimə ki, Allah nəzər salar, ona artıq əzab verməz. Ağızlarının iyi – Allah yanında müşkdən də xoş ətirlidir.

Mələklər onlar üçün hər gecə və gündüz bağışlanma istəyərlər. Allah behiştə əmr edər: “Özünü mənim mömin bəndələrim üçün bəzə”.

Ramazan ayının sonuncu gecəsi gəlib çatanda Allah hamını bağışlanmış və əfv olunmuş qərar verər”.

Həzrət Peyğəmbər (s) buyurur:

“Hər kim Allah üçün oruc tutar, Allah ona yeddi şey verər:

1. Haram onun bədənində əriyər.

2. İlahi rəhmətə yaxınlaşar.
...

4. Ölümün can verməsi onun üçün asan olar.

5. Qiyamət günündə aclıq və susuzluqdan amanda olar.

6. Allah ona atəşdən bəraət verər.

7. Behiştin ləzzətli yeməklərini onun ruzisi edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031