Peyğəmbərimiz (s) dəstəmaz almağı kimdən öyrənmişdir?
Mьəllif: Admin
Tarix: 9-05-2021, 18:38
Peyğəmbərimiz (s) dəstəmaz almağı kimdən öyrənmişdir?
Besətin ikinci günündə Cəbrayil (ə) yerə enir və Peyğəmbərə (s) dəstəmaz almağı və namazı öyrədir. Həzrət (s) ilk namazı həmin günün zöhründə qılır.

Həzrət Peyğəmbərə (s) nazil olan ilk ayə ilə Həzrətin (s) risaləti başlanır.

Əziz Peyğəmbərin (s) həyat yoldaşı Xədicə (s.ə) – ilk iman gətirən qadın olur. Kişilərədn ilk iman gətirən – Əmirəlmöminin İmam Əli (ə) olur.

Bundan sonra Peyğəmbər (s) insanları gizli olaraq İslam dininə dəvət edir və nəticədə 40 nəfər İslam dinini qəbul edir. Həzrət (s) gizli təbliğat aparandan sonra Quran ayəsi nazil olur ki, həqiqətləri aşkar etsin və hər kəsi aşkar şəkildə tək olan Allaha iman gətirməyə dəvət etsin.

Həzrət (s) də Qureyşin başçılarını və Məkkənin bütün böyük qəbilələrinin başçılarını bir yerə toplayır və risalətini elan edir. Onları müqəddəs İslam dininə dəvət edir. Həmin gün Yəvmul-dar adı ilə məşhurdur. Ancaq İmam Əlidən (ə) başqa heç kəs onun risalətini qəbul etmir.

Beləliklə, Həzrət Peyğəmbərə (ə) dəstəmaz almağı və namaz qılmağı Həzrət Cəbrayil (ə) öyrətmişdir.

Besətin – peyğəmbərliyə vəzifələndirilməsinin ikinci günün günortasından başlayaraq, Peyğəmbərimiz (s) namaz qılmışdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031