Niyə bu insanlar ən böyük gühankar sayılır?
Mьəllif: Admin
Tarix: 14-05-2021, 23:38
Niyə bu insanlar ən böyük gühankar sayılır?
Quran və hədislərin nəzərinə görə, ən böyük günah sahibi – əməlsiz alimlərdirlər.

Quran onları uzunqulağa və itə bənzətmişdir. “Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər”. (“Əraf” 176).

İmam Sadiq (ə) buyurur: “Alimin bir günahı bağışlanılmazdan əvvəl, cahilin 70 günahı bağışlanılar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər din alimləri fasid olsalar, insanlar da fasid olar”.

Məlum olur ki, əməlsiz alimin böyük günahkar sayılmasının səbəbi – insanların fasid və zəlil duruma düşmələrinin məsuliyyətinə görədir.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Mənim ümmətimin avamları islah olmaz, məgər o halda ki, ümmətimin xüsusiləri islah olar”.

Bir nəfər soruşur ki, ümmətin xüsusiləri kimlərdir?

Həzrət (s) buyurur: “Ümmətimin xüsusi insanları 4 dəstədir:

1. Rəhbərlər.

2. Alimlər.

3. Abidlər.

4. Tacirlər”.

Başqa bir şəxs soruşur ki, necə?

Həzrət (s) buyurur: “Rəhbərlər – insanların çobanlarıdır. O zaman ki, çoban canavar olar, qoyunları necə otarsın?

Alimlər – insanların təbibləridir. O zaman ki, təbib özü xəstə olarsa, xəstələri necə müalicə etsin ki?

Allahın abid bəndələri – insanların yol göstərənləridir. Əgər yol göstərən yolunu azarsa, kim yol gedənləri hidayət edə bilər ki?

Tacirlər – insanların əmanətdarıdırlar. O zaman ki, əmin insan xəyanət edər, kimə etimad etmək olar ki?”.

Ona görə də əməlsiz alimlərin günahı daha böyük günah hesab olunar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031