Əməldə ziyana uğrayanlar kimlərdir?
Xusran və ya ziyana uğramaq – o mövzulardandır ki, Quran dəfələrlə ona işarə etmişdir. Təxminən 65 dəfə bu söz Müqəddəs Quranda istifadə olunmuşdur.
Necə ki, ziyan dünya mövzularında nisbidir, mənəvi mövzularda da ziyana uğramaq nisbidir. İlahi övliyalar özlərini məzəmmət edərlər ki, şəraitin hazır olmasına baxmayaraq, lazım olan qədər mənəvi bəhrəni əldə edə bilməyiblər. Ona görə də özlərini ziyankarlardan hesab edirlər. Ancaq bəzi dəstə vardır ki, onların ziyanı daha çoxdur. Nəinki bəhrə əldə etməyiblər, bəlkə ziyanlarının səviyyəsi çox yüksəkdir. “(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?». Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir. Onlar öz Rəbblərinin (tövhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə, onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq. Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tövhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular”. (“Kəhf” 103-106). Bu ayələr buyurur ki, insan çoxlu pis əməl yerinə yetirər, ancaq güman edər ki, xeyir iş görmüşdür. Şeytan (lən) onun pis əməllərini gözündə bəzəmiş və gözəl göstərmişdir. Öz həyatımızda və başqalarının həyatında dəfələrlə görmüşük ki, insan bir pis iş görər, ancaq elə bilər ki, yaxşı iş görmüşdür. Bu cahələt ola bilsin ki, bir gün, ya bir ay, ya bir il davam etsin. Bundan da pis bədbəxtlik təsəvvür oluna bilməz. Əgər görürüksə Quran bu insanları ziyankar adlandırır, səbəbi budur ki, insan biləndə ki, pis iş görübdür – dayanar və irəli getməz. Özünə gələr və tövbə edər. Ancaq bu insanlar pis əməllərini görməyə davam edərlər və ondan xəbərsizdirlər ki, nə qədər pis iş görməkdədirlər. Hətta bu yolda, olan sərmayələrini də xərcləyirlər. İmam Əlidən (ə) xusranı nemət haqqında soruşunda, Həzrət (ə) buyurur: “Məqsəd – yəhudilər və xristianlardırlar. Onlar əvvəldə haqlı idilər, sonra dinlərində bidət yaratdılar. Bu bidətlər onları yollarından azdırdı, ancaq onlar güman edirdilər ki, yaxşı iş yerinə yetirməkdədirlər. Nəhrivanda olan xəvariclər də onlardan çox da uzaq deyildirlər”. Beləliklə, deyə bilərik ki, əməldə xusran deyildikdə, o kəslər nəzərdə tutulur ki, pis əməllər yerinə yetirərlər, ancaq belə güman edərlər ki, yaxşı iş görməkdədirlər. Şeytan onların pis əməllərini onların gözlərində zinətləndirər. /Deyerler.org/ Oxşar xəbərlər
|