Şam yeməyindən imtina etmək düzgündürmü?
Mьəllif: Admin
Tarix: 17-05-2021, 23:40
Şam yeməyindən imtina etmək düzgündürmü?
Bəzi insanlar belə hesab edirlər ki, şam yemək ziyanlıdır, o cümlədən, çəkinin artmasına səbəb olur.

Ancaq Məsumlarımız (ə) buyurur ki, bu fikir yanlış fikirdir. Şam yeməyindən imtina etməyin sağlamlığa ziyan olmasını vurğulayırlar.

Belə ki, İmam Sadiq (ə) buyurur: “Şam yeməməklə bədəndə bir damar ölür ki, heç bir zaman dirilmir”.

İmam Əli (ə) buyurur: “Həzrət Muhəmməd (s) gecə qaranlığının əvvəlində şam yeyərdi. Bu məsələ bədən sağlamlığı üçün çox mühümdür. Çünki əgər şam yemək gec vaxta qədər saxlanılarsa, bədəni məhvə doğru aparar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Şam yeməmək insanı qocaldar”.

Beləliklə deyə bilərik ki, şam yeməyi o mövzulardandır ki, Məsumlarımız (ə) ona görə çoxlu təkidlər etmişdilər.

İnsan əgər sağlam qalmaq istəyirsə, mütləq şam yeməyini yeməlidir və onu tərk etməli deyildir. Əlbəttə ki, bu zaman etidala riayət etməlidir.

Bəli, insan üç tikə çörək və duzla da olsa, şam yeməyini yeməlidir.



/Deyerler.org/


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031