İncidilmiş möminin əməlləri niyə qəbul olunmaz?
Mьəllif: Admin
Tarix: 17-05-2021, 23:44
İncidilmiş möminin əməlləri niyə qəbul olunmaz?
Həzrət Peyğəmbər (s) buyurur: “Həftənin bazar ertəsi və cümə axşamı günündə möminlərin əməlləri Allah Təalaya təqdim olunur.

Allah onların hamısına diqqət edir, o iki nəfərdən başqa ki, aralarında kin və küdurət olar. Əmr edər ki, hələlik onların əməl dəftərlərini kənara qoyun – o zamana qədər ki, aralarında sülh edərlər”.

Muəttəb, Həzrət Rəsula (s) deyir: “Allah məni sənə fəda etsin. O ki, zalımdır – bu, onun cəzasıdır. Məzlumun nə günahı vardır?”.

Həzrət (s) buyurur: “Ona görə ki, qardaşını özü ilə barışmağa dəvət etmir. Onun sözlərinə göz yummur. Onu eşitməmiş kimi qəbul etmir”.

Bəli, din qardaşlarının bir-birindən inciməsi Allahı qəzəbləndirər, şeytanı (lən) isə sevindirər. Ona görə də Məsumlarımız (ə) öz ardıcıllarından istəyir ki, bu barədə düşünsünlər və bunun aqibətindən xəbərdar olsunlar.

İcazə verməsinlər ki, kin və küdurət dostluq və qardaşlıq bağlarına ziyan vursun. Əgər belə bir şərait yaranarsa, özləri ilk olaraq barışmağa can atsınlar.

Uca Allah – adil Allahdır və kimin doğru və kimin səhv olmasını yaxşı bilir. Ona görə də bu mövzuda mühüm olanı – Allahı razı salmaqdır. Kimin doğru və kimin yanlış olması əsas deyil. Kİmsə özünü incidilmiş hesab edib, küsülü qalmamalıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031