Layiqli danışmağın 5 meyarı
Mьəllif: Admin
Tarix: 17-05-2021, 23:49
Layiqli danışmağın 5 meyarı
Layiqli danışmağın meyarları vardır ki, onlarla tanış olaq:

1. Sağlam sözlərdən istifadə etmək. Sağlam söz dedikdə, o sözlər nəzərdə tutulur ki, hər cür çirkin və pis sözlərdən uzaq olsun.

Quranın nəzərinə görə, layiqli insanlar o kəslərdir ki, hətta narahat olan zaman belə insanları pis sözlərlə incitməzlər. Mətanətlə danışarlar.

2. Mülayim ton. Danışan zaman mülayim tona riayət etmək – danışıq ədəblərindən biri hesab olunur. “Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq) səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın.

Məbada özünüz də bilmədən, əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun. (Çünki Peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir)”. (“Hucurat” 2).

3. Fəsahətli kəlam. Kəlamın fəsahətli olması o qədər mühüm mövzulardandır ki, Həzrət Musa (ə) Allahdan istəyir ki, Harunu onunla bir yerdə Fironun yanına göndərsin. Çünki Harunun dili daha fəsahətlidir.

«Və qardaşım Harunun dili mənimkindən daha fəsahətlidir (tutarlıdır). Buna görə onu da mənimlə kömək və arxa (olaraq) göndər ki, məni təsdiq etsin. Çünki qorxuram məni təkzib etsinlər (və mən məqsədimi aydın bəyan edə bilməyəm)». (“Qəsəs” 34).

4. Mülayim danışmaq. Əgər insan mülayim danışarsa, sözləri daha təsirli olar. Ona görə də Allah Musaya (ə) buyurur: “Fironun yanına gedin ki, o, həddini aşaraq, azğınlaşıb. Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı)”. (“Taha” 43-44).

5. Yersiz sözlərdən çəkinmək. Allah Təala möminlər barəsində buyurur: “Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər”. (“Muminun” 3).

Allah Taəla bizləri ləyaqət sahiblərindən qərar versib və danışmaq nemətindən düzgün istifadəyə müvəffəq etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031