Gizlində edilən yaxşılığın savabı
Yəsə ibn Həmzə belə nəql edir:
كُنتُ في مَجلِسِ أبِي الحَسَنِ الرِّضا (ع) اُحَدِّثُهُ، وقَدِ اجتَمَعَ إلَيهِ خَلقٌ كَثيرٌ يَسأَلونَهُ عَنِ الحَلالِ وَالحَرامِ، إذ دَخَلَ عَلَيهِ رَجُلٌ طُوالٌ آدَمٌ فَقالَ: السَّلامُ عَلَيكَ يَا بنَ رَسولِ اللّه، رَجُلٌ مِن مُحِبّيكَ ومُحِبّي آبائِكَ وأجدادِكَ، مَصدَري مِنَ الحَجِّ، وقَدِ افتَقَدتُ نَفَقَتي وما مَعِيَ ما أبلُغُ مَرحَلَةً، فَاِءن رَأَيتَ أن تُنهِضَني إلى بَلَدي وللّهِ عَلَيَّ نِعمَةٌ، فَإِذا بَلَغتُ بَلَدي تَصَدَّقتُ بِالَّذي توليني عَنكَ فَلَستُ مَوضِعَ صَدَقَةٍ، فقالَ لَهُ: اِجلِس رَحِمَكَ اللّهُ. وأقبَلَ عَلَى النّاسِ يُحَدِّثُهُم حَتّى تَفَرَّقوا، وبَقِيَ هُوَ وسُلَيمانُ الجَعفَرِيُّ وخَيثَمَةُ وأنَا، فَقالَ: أتَأذَنونَ لي فِي الدُّخولِ؟ فَقالَ لَهُ سُلَيمانُ: قَدَّمَ اللّهُ أمرَكَ. فَقامَ فَدَخَلَ الحُجرَةَ وبَقِيَ ساعَةً، ثُمَّ خَرَجَ ورَدَّ البابَ وأخرَجَ يَدَهُ مِن أعلَى البابِ وقالَ: أينَ الخُراسانِيُّ؟ فَقالَ: ها أنَا ذا، فَقالَ: خُذ هذِهِ المِائَتَي دينارٍ وَاستَعِن بِها في مَؤونَتِكَ ونَفَقَتِكَ، وتَبَرَّك بِها ولا تَصَدَّق بِها عَنّي، وَاخرُج فَلا أراكَ ولا تَراني. ثُمَّ خَرَجَ، فَقالَ لَهُ سُلَيمانُ: جُعِلتُ فِداكَ، لَقَد أجزَلتَ ورَحِمتَ فَلِماذا سَتَرتَ وَجهَكَ عَنهُ؟ فَقالَ: مَخافَةَ أن أرى ذُلَّ السُّؤالِ في وَجهِهِ لِقَضائي حاجَتَهُ، أما سَمِعتَ حَديثَ رَسولِ اللّهِ (ص): المُستَتِرُ بِالحَسَنَةِ يَعدِلُ سَبعينَ حَجَّةً، والمُذيعُ بِالسَّيِّئَةِ مَخذولٌ والمُستَتِرُ بِها مَغفورٌ لَهُ؟ أما سَمِعتَ قَولَ الاُوَلِ. مَتى آتِهِ يَومًا لِأَطلُبَ حاجَةً رَجَعتُ إلى أهلي ووَجهي بِمائِهِ “Bir dəfə imam Rza (ə) ilə məclisdə söhbət edirdim. Həzrətin ətrafına çoxlu adam toplaşmışdı və ondan halal-haramla bağlı suallar soruşurdular. Bu zaman ucaboylu, buğdayı bir kişi içəri daxil olub dedi: “Salam olsun sənə, ey Peyğəmbər övladı! Mən səni və ata-babalarını sevənlərdənəm. Həcdən qayıdarkən xərcliyimi itirmişəm və özümü bir yerə çatdırmağa pulum yoxdur. Mümkündürsə, mənə yardım edin. Allahın lütf və mərhəməti sayəsində sərvətliyəm və öz şəhərimə çatdıqda, verdiyiniz pulun əvəzində yerinizə sədəqə verərəm. Çünki mənə sədəqə düşmür.” İmam (ə) buyurdu: “Əyləş, Allah sənə rəhm etsin!” İmam (ə) üzünü camaata tutub, söhbətə başladı. Nəhayət, hamı çıxıb getdi və içəridə o kişi, Süleyman Cəfəri, Xeysəmə və mən qaldım. İmam (ə) buyurdu: “İcazə verirsinizmi ki, içəri otağa daxil olum?” Süleyman dedi: “Allah işinizi irəli salsın!” İmam (ə) ayağa qalxıb, otağa daxil oldu və bir azdan qapını da içəridən bağladı. Daha sonra əlini qapının yuxarısından çıxarıb buyurdu: “O xorasanlı (kişi) haradadır?” O dedi: “Buradayam.” İmam buyurdu: “Bu iki yüz dinarı götür, ehtiyacını ödə. Bərəkətli puldur və mənim tərəfimdən də sədəqəyə ehtiyac yoxdur! Get, nə mən səni görüm, nə də sən məni.” O kişi gedəndən sonra Süleyman İmama dedi: “Sənə qurban olum, onu alicənablıqla razı saldığın halda, nə üçün üzünü ondan gizlətdin?” İmam buyurdu: “Hacətini yerinə yetirdiyim zaman möhtaclıq hissini çöhrəsində görməyim! Məgər Peyğəmbərin (s) “Gizlində edilən yaxşılıq yetmiş həccə bərabərdir! Pisliyi faş edən xarlıqla köməksiz qalar, onu örtən isə bağışlanar!” – hədisini eşitməyibsənmi?...” (“Əl-kafi”, c.4, səh.23, hədis 3.) Maide.az Oxşar xəbərlər
|