"İman" insanı hansı hədəflərə çatdırır?
Mьəllif: Admin
Tarix: 19-05-2021, 10:47
"İman" insanı hansı hədəflərə çatdırır?
İnsan varlığın mövcudiyyət səbəbi olan çalışma və hərəkətin bir başlanğıc nöqtəsi və sıçrayış amili vardır... O da imandır.

İman, yəni çatmaq üçün çalışdığı hədəfə, həmin hədəfə çatdıran yola inanmaq, onu qəbul etmək və ona sadiq qalmaq... və nəhayət elə həmin çalışma və hərəkətə inanmaq.

İman olmazsa hər bir hərəkət və çalışma müvəqqəti və nəticəsiz; hər bir axtaran, çalışan adam isə ümidsiz, kədərli, hərəkətsiz, sakit olar.

Quran “iman” və “mömin” sözünə bu qədər təkid etməsi, bu xassəni insanın ən üstün, ən ülvi xassəsi kimi təqdim etməsi bu həqiqətdən qaynaqlanır.

Aşağıdakı ayədə qeyd olunmuş ən üstün islami dəyərlərə, onların hamısından üstün hesab olunan imanın yerinə diqqət yetirək və düşünək:

“Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir.

Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (Bəqərə -177)

Elə buna görə də Quran, yahudi yaxud da xristian olmağı yeganə nicat yolu hesab edən əhli-kitaba cavab olaraq İslami imanı irəli sürüb, onu doğru yolu tapmağın amili kimi tanıtdırır:

“(Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin:

“Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq.

Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”

Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar”. (Bəqərə-136-137).

Ayətullah Seyyid Əli Xamənei “QURANDA İSLAMİ DÜŞÜNCƏNİN SİMASI”

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031