Tövbə ilə istiğfarın fərqi nədir?
Mьəllif: Admin
Tarix: 27-05-2021, 10:21
Tövbə ilə istiğfarın fərqi nədir?
Bəzilərinin nəzərinə görə, tövbə ilə istiğfarın fərqi yoxdur. Tövbə, istiğfarın təkididir. Ancaq bəzilərinin nəzərinə görə belə deyildir, tövbə istiğfardan fərqlənir.

Bu cəhətdən ki, istiğfar tövbədən əvvəl gəlir. İnsan ilk özünü təmizləməli və paklamalıdır ki, ondan sonra İlahi sifətlərə yiyələnə bilsin.

Həqiqətdə istiğfar odur ki, insan günah etdiyi yerdə dayansın və özünü təmizləməyə çalışsın. Tövbə isə Allaha tərəf qayıtmaqdır.

İsitğfar insanın özünü yuyub təmizləməsidir, tövbə isə kamal sifətləri kəsb etməkdir.

Bir insanın paltarı çirklənən zaman əvvəl onu çıxardar və özünü yuyar, sonra pakizə paltar geyinər. Əvvəl çirkli yeri süpürmək lazımdır ki, sonra ora xalça sala biləsən.

Tövbə ilə istiğfarın arasında olan fərqlər:

1. Tövbə ilə istiğfar arasında ümumi və xüsusi nisbətlər mövcuddur. Belə ki, günahı tərk etmək tövbənin şərtlərindəndir, ancaq istiğfarın şərti sayılmır.

Başqa tərəfdən, istiğfar zamanı insanın sözə ehtiyacı vardır, ancaq tövbədə ehtiyacı yoxdur. O yerdə ki, tövbə və peşmançılıq istiğfar ilə bəyan olunar, günahı tərk etmək əzmi ilə birlikdə olar – həm tövbə olar, həm də istiğfar.

2. İstiğfar duanın bir növüdür. İmam Sadiq (ə) buyurur: “İstiğfar – ən əhatəli duadır”. Halbuki tövbə dua hesab olunmur.

3. Tövbə ancaq tövbə edən tərəfindən yerinə yetirilir. Ancaq istiğfar başqası tərəfindən də edilə bilər. Necə ki, Yəqub (ə) öz övladı üçün istiğfar edir. Mələklər möminlər və peyğəmbərlər üçün istiğfar edirlər.

4. İsitğfar müstəhəb əməl hesab olunur, ancaq tövbə vacib bir əməldir.

Tövbənin növləri.

Hər bir günah üçün xüsusi bir tövbə vardır. Əgər insan həmin günaha xas olan tövbəni yerinə yetirməzsə, həmin günah əməl dəftərindən silinməz. Bütün günahları üç mərhələyə bölmək olar:

1. O günahlar ki, vacib ibadətləri və itaətləri tərk etməklə olur. Namazı, orucu tərk etmək kimi.

2. Allahın haramına düçar olan günahlar: şərab içmək, zina, haram musiqiyə qulaq asmaq kimi.

3. Allahın əmrlərinə itaətsizlik etməklə yanaşı, insanların haqqını zay edən günahlar: insan öldürmək, oğurluq, yetim malı yemək kimi.

Birinci dəstə günahların tövbəsi tərk olunmuşları yerinə yetirməkdir: namazı qılmaq, orucu tutmaq kimi.

İkinci dəstə günahların tövbəsi istiğfar və peşmançılıq bildirib, günahı tərk etmək əzmi göstərməkdir.

Üçüncü dəstə günahların tövbəsində insan haqlarını zay etdiyi insanlara müraciət edib, haqqını təmizləməlidir.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031