İmam Əlinin (ə) ruh oxşayan kəlamlarından
1. Elm və ədəb
“Ədəblə izzətinizi, elm öyrənməklə dininizi qoruyun.” 2. Ağlın zəifliyi “İnsanın özünü bəyənməsi onun ağlının zəifliyini və düşüncəsinin naqisliyini göstərir.” 3. Önəmli işlərdən uzaq qalmaq “Hər kəs zəruri olmayan işlərlə məşğul olsa, arzu etdiyi dəyərli işlər ondan uzaqlaşar.” 4. Əbədi qalan “Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.” 5. Dəyərini bilməmək “İnsanın öz qədrini və dəyərini bilməməsi onun nadanlığının sübuta yetməsinə kifayətdir.” 6. Zamanı tanıyın “Övladlarınızı öz ədəbinizlə tərbiyə etməyin. Çünki onlar sizin zamanınızdan ayrı bir zaman üçün yaradılıb.” 7. Həddindən artıq danlamayın “Həddindən artıq heç kəsi danlamayın. Bu iş onun əks əməl etməsinə səbəb olar.” 8. Eyb axtarmayın “Camaatın eyblərinin ardınca olma, hər səhvə görə məzəmmət etmə və hər günaha cəza vermə.” 9. Əl açma “Dilənçilik elə bir zillətdir ki, əzizlərdən izzəti, şərəfli ailələrdən şərafəti alır.” 10. Ruzi xəzinələri “Ruzi xəzinələri gözəl əxlaqda gizlənmişdir”. Oxşar xəbərlər
|