Davamlı zikrin əhəmiyyəti
Dəyərsiz və əhəmiyyətsiz şeylər çox asanlıqla ələ gəlir. Amma dəyərli, incə və zərif şeyləri əldə etmək çətindir və onlar üçün çalışmaq lazımdır.
Bu baxımdan Allah zikrinin əhəmiyyətini nəzərə alsaq və onun insanın dünya və axirətində nə qədər təsirli olmasını bilsək, zikrin yüksək mərhələlərinə çatmaq üçün çalışarıq. Hər kəs “daimüz-zikr” (Allahı daim zikr edənlərdən) olmaq istəyirsə, illər boyu çalışıb zəhmət çəkməlidir. Necə ki, bir idmançı hər hansı bir idman növündə qəhrəman olmaq istəyirsə, illər boyu çalışmalı, zəhmət çəkməli və öz məqsədinə çatmalıdır. Biz dünyaya aid olan istəklərimizə çatmaq üçün illər boyu zəhmət çəkdiyimiz kimi, axirətə aid olan kamilliklərə görə də çalışmalıyıq və belə deyil ki, bu istəklər asanlıqla və rahatlıqla ələ gəlsin. Bu yolda intizarımız olmamalıdır ki, bir gecədə yüz günlük yol gedək. Hər an günahları tərk etmək fikrində olmalı və qəlbimizi mənəvi natəmizliklərdən qorumalı, özümüz üçün ibadət etməyə nizamlı və davamlı proqramlarımız olmasa və hər vaxt ürəyi istəsə ibadət etsə, məsələn, bir gün on cüz Quran oxusa və ondan sonra bir ay Quranı açmasa, belə ibadət insanın ruhunda o qədər də təsir qoymur. “Üsuli-kafi” kitabında bu barədə müstəqil bir bölmə vardır. Bu bölmənin hədislərinin birində İmam Sadiqdən (ə) nəql olunan hədislərdən birində belə oxuyuruq: “Mən davamlı əməli az da olsa sevirəm.” (“Üsuli-kafi”, c.2, səh 82.) Böyük alimlərin tövsiyəsi budur ki, insan ibadətinin əvvəl günlərində öz gündəlik proqramı üçün qısa və asan əməlləri təyin etsin, əgər belə etsə, bu əməli davamlı olaraq yerinə yertirə bilər. Amma ardıcıl yerinə yetirilə bilməyən əməllərin bir neçə gün təkrar edilməsinin heç bir faydası yoxdur. Bir-iki gecə səhərə qədər yatmayıb ibadət etməklə iş sona çatmır və nəticə alınmır. Əgər bir şəxs Allah zikrindən və yadından nəticə almaq istəyirsə, bu zikr və ibadətlər üçün dəqiq proqramı olmalıdır və il boyu bu ibadəti yerinə yetirməlidir. Fərqi yoxdur bu əməl yerinə yetirilən ibədətin vaxtı olmuş-olsun, ya neçə səhifə Quran oxumaq olsun və ya böyük ustadların və övliyaların buyurduğuna əsasən, hansısa zikri təkrar etmək olsun. İnsan günahları tərk etməklə və ibədət proqramını ardıcıl yerinə yetirməklə, tədricən, Allah nurunun onun üzünə daha çox açılmasını hiss edəcək və inanacaq ki, Allah zikrini daim və bütün hallarda yerinə yetirmək mümkündür. Ən gözəl ibadət proqramı Quranda insanlar üçün bəyan olmuşdur. Qurani-Kərimdə bu barədə oxuyuruq: «وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا» “Səhər-axşam Rəbbinin adını zikr et! Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis edib, şəninə təriflər de!” (“İnsan” surəsi, ayə 25-26.) Quranın bu göstərişi Allah zikri və yaranış mənbəyi ilə rabitədə olması üçün ən gözəl proqramdır. (“Onun zikri”, Ayətullah Misbah Yəzdi, səh.122-124.) Maide.az Oxşar xəbərlər
|