Behiştin Rəyan qapısı kimin üçündür?
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Qiyamət günü gəlib çatar, oruc tutanlar qəbirlərindən o halda qalxarlar ki, orucun iyinə görə tanınarlar. Ağızlarının iyi müşkdən daha yaxşıdır və behiştin ləziz yeməkləri ilə qarşılanarlar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Böyük Allah behiştdə həqiqi oruc tutanlara buyurar: “Ey, Mənim dostlarım! Dünyada sizlərin əksər hissəsini götdüm ki, aclıq və susuzluğun şiddətindən dodaqları bir-birinə yapışmışdır. Ona görə də behişt nemətlərində rahat olun və onun yeyəcəklərindən və içəcəklərindən yeyin və için””. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Oruc bais olar ki, həqiqi oruc tutan Qiyamətin aclıq və susuzluğundan amanda olsun”. “Böyük Allah həqiqi oruc tutana cəhənnəm atəşindən nicat verər”. “Behiştdə bir qapı vardır ki, adı Rəyandır. O zaman ki, Qiyamət günü gəlib çatar, deyilər ki, oruc tutanlar haradadır? O zaman ki, bu qapıdan daxil olarlar, bağlanar. Orada behişt içəcəkləri vasitəsilə onlara qulluq edilər. Hər kim ondan içərsə, bir daha susuz olmaz”. “Oruc – cəhənnəm atəşi qarşısında qalxan və möhkəm qaladır”. “Necə ki, silah dünyada düşmən qarşısında qalxan və müdafiə vasitəsidir, oruc da Qiyamət günü mömin insan üçün cəhənnəm atəşi qarşısında qalxan və hafizdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|