Qəlbin islah olması üçün əməli metodlar
Mərhum Nəraqi buyurur: “Əgər kimsə qəlb qəsavətinə düçar olarsa və onu aradan qaldırmaq istəyərsə, bu iş – çox çətin bir işdir. Çünki qəsavət qəlbdə elə bir hal yaradar ki, insan bu haldan asanlıqla xilas ola bilməz”.
Ona görə də insan çalışmalıdır ki, qəlbi qəsavət bağlamasın. Əgər bağlayarsa da, ondan xilas olmaq çətin olar, lakin mümkünsüz deyildir. Adətən qəlb qəsavətini iki yolla müalicə edirlər: 1. Nəzəri və elmi yol. 2. Əməli yol. Nəzəri və elmi yolda ilk olaraq qəsavətin yaranmasına səbəb olan amilləri tapmalı və onunla mübarizə aparmalıyıq. Bunun üçün ölümü yada salmalıyıq, Allahı yada salmalıyıq. Günahla mübarizə aparıb, qarşısını almalıyıq. Qəlb qəsavətinin gətirdiyi bəlalara diqqət etməliyik. Necə qəlb qəsavəti insanı insanlıqdan çıxarır və bir heyvana bənzədir. Rəhmsiz bir vəhşiyə çevrilir. Bunlar – qəsavətlə mübarizənin nəzəri yollarıdır. Əməli yolda isə insan gərək qəlb qəsavətinin əksi olan işləri yerinə yetirsin. Yoxsullara yardım etsin, ehtiyaclı olanların əlindən tutsun. Xeyir işlər yerinə yetirsin. İmam Sadiq (ə) buyurur: “Müsəlmana layiqlidir ki, bir-birinə yaxınlaşması üçün səy göstərsin. Qəlbləri bir-birinə yaxınlaşdırsınlar. Bəziləri bəzilərinə qarşı sevgi göstərsinlər o yerə qədər ki, o cür ki, Allah Təala əmr etmişdir – aralarında mehriban olsunlar”. Həzrət Peyğəmbər (s) buyurur: “Allah mehribanlıq və rəhm etməz, o kəsə ki, insanlara rəhm etməz”. Beləliklə deyə bilərik ki, qəlb qəsavəti o bəlalardandır ki, insanı insanlıqdan çıxardar və rəhimsiz heyvana çevirər. Hər kim bu xəstəlikdən xilas olmaq istəyirsə, gərək həm nəzəri və elmi yoldan istifadə etsin, həm də əməli yol ilə özünü müalicə etsin. Ancaq bu zaman qəlb qəsavətinin qarşısını ala bilər və bu xəstəlikdən xilas ola bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|