Bədən üçün dərman içmək – paltar üçün sabun kimidir. Necə?
Həzrət Peyğəmbər (s) buyurur: “Xəstəlik, günahları məhv edər”.
İmam Səccad (ə) buyurur: “Bir gecə qızdırmaq – bir illik günahların kəffarəsidir”. İmam Sadiq (ə) buyurur: “Bir gecə baş ağrısı tutmaq, bütün xataları pak edər, kəbirə günahlarından başqa”. Həzrət Peyğəmbər (s) buyurur: “Hərarət günahları tökər, necə ki, ağac öz yarpaqlarını tökər”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O zaman görsəniz ki, Allah bəndəsinə yoxsulluq və xəstəlik nazil etmişdir – (deməli) onunla hesablaşar”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yeddi gün kəskin xəstə olar, Allah onun 70 illik günahlarını bağışlayar”. İmam Rza (ə) buyurur: “Xəstəlik – paklıq mənbəyi və mömin üçün rəhmətdir. Davamlı olaraq xəstəlik möminlə birlikdə olar, o zamana qədər ki, günahları qalmaz”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haramla (haram vasitə ilə) müalicəyə qalxarsa, Allah onda şəfa qərar verməz”. İmam Rza (ə) buyurur: “İki dəstə həmişə xəstədirlər: sağlam ki, pəhriz edər, xəstə ki, pəhriz etməz”. İmam Əli (ə) buyurur: “Bədən üçün dərman içmək – paltar üçün sabun kimidir ki, onu təmiz edər, amma soldurar da”. /Deyerler.org/ Oxşar xəbərlər
|