Hər kəs imkanı qədər xərc çəkməli...
Məhəmməd ibn İsa ibn Ziyaddan belə nəql olunur:
كُنتُ في ديوانِ ابنِ عَبّادٍ فَرَأيتُ كتِابًا يُنسَخُ، سَأَلتُ عَنهُ فَقالوا: كِتابُ الرِّضا إلَى ابنِهِ (ع) مِن خُراسانَ، فَسَأَلتُهُم أن يَدفَعوهُ إلَيَّ فَدَفَعوهُ إلَيَّ، فَإِذا فيهِ: بِسمِ اللّهِ الرَّحمنِ الرَّحيمِ، أبقاكَ اللّهُ طَويلاً وأعاذَكَ مِن عَدُوِّكَ يا وَلَدي فِداكَ أبوكَ، قَد فَسَّرتُ لَكَ ما لي وأنَا حَيٌّ سَوِيٌّ رَجاءَ أن يَمُنَّكَ (اللّهُ) بِالصِّلَةِ لِقَرابَتِكَ ولِمُوالي موسى وجَعفَرٍ رَضِيَ اللّهُ عَنهُما...، قالَ اللّهُ: «مَن ذَا الَّذي يُقرِضُ اللّهَ قَرضًا حَسَنًا فَيُضاعِفَهُ لَهُ أضعَافًا كَثيرَةً» وقالَ: «لِيُنفِق ذو سَعَةٍ مِن سَعَتِهِ ومَن قُدِرَ عَلَيهِ رِزقُهُ فَلـيُنفِق مِمّا آتاهُ اللّهُ» وقَد أوسَعَ اللّهُ عَلَيكَ كَثيرًا... “İbn Əbbadın malikanəsində idim. Gördüm ki, bir məktubun üzünü köçürürlər (nüsxə götürürlər). Onun nə olduğu haqda soruşduqda dedilər ki, imam Rzanın (ə) Xorasandan oğluna göndərdiyi məktubudur.” Onlardan istədim ki, onu mənə versinlər. Onu mənə verdilər. Orada belə yazılmışdı: “Bağışlayan və mehriban Allahın adı ilə! Allah-Taala sənin ömrünü uzun edib, düşmənindən qorusun. Oğul! Atan sənə qurban olsun! Sağ olduğum vaxta qədər lazım bildiklərimi sənə bəyan etdim. Ümid edirəm ki, Allah sənə yaxınların, Musa və Cəfərin (İmam Kazim və İmam Sadiq – Allah onlardan razı olsun! – sülaləsi ilə bağlılığına görə mərhəmət etsin... Allah-Taala buyurur: “Kimdir Allah yolunda yaxşı borc verən ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?” (“Bəqərə”, 245.) Həmçinin buyurur: “Var-dövlətli öz varına görə xərc etsin. İmkansız isə Allahın ona verdiyi qədər versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah bir çətinlikdən sonra asanlıq bəxş edər.” (“Təlaq”, 7.) Allah sənə geniş imkan (ruzi) vermişdir...” (“Əl-burhan”, c.1, səh.234, hədis 25.) Maide.az Oxşar xəbərlər
|