Ayətullah Xameneinin İmam Xomeyninin vəfatının 32-ci ildönümü münasibətilə çıxışı
Ali Rəhbər Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər İslam İnqilabının memarı dahi İmam Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibətilə canlı yayımda çıxış edib.
Maide.Az Ali Rəhbər Ayətullah Xameneinin çıxışının mətnini təqdim edir: "Daha bir dəfə Xordad ayının 14-ü (4 iyun) gəlib çatdı. Ölkənin ictimai atmosferası o əzəmətli şəxsiyyətin, o böyük insanın, o əvəzolunmaz rəhbərin, o mehriban qəlbli, polad iradəli, dərin iman və möhkəm iradəli, müdrik və uzaqgörən şəxsin xatirəsi yenidən canlandı. Ölkəmiz və xalqımız bu gün və uzaq gələcəyə qədər onun əziz xatirəsini qorumağa ehtiyaclıdır. İmam Xomeyninin çoxlu təşəbbüsləri olub, lakin onun ən önəmli təşəbbüsü İslam Respublikası idi. Bu həmin dini demokratiyadır ki, İslam Respublikası adı ilə rəsmiyyət tapıb. Bu sistem İran xalqının iradəsi, düşüncəsi və dahi İmam Xomeyninin rəhbərliyi ilə yarandı. Son iki əsrdə dünyada təşkil olunan quruluşlar və inqilabi sistemlər arasında İslam Respublikasının dağılacağı qədər proqnozlaşdırılan bir inqilab tanımıram. İslam Respublikası yarandığı ilk gündən həm ölkə daxilində, həm də ölkədən kənarda düşmənlər, pisniyyətlilər və bu böyük fenomeni həzm edə bilməyənlər deyirdilər ki, İslam Respublikası iki aya, altı aya və ya bir ilə dağılacaq. Dahi İmam Xomeyninin İran xalqının əldə etidyi böyük qələbələrinə və müxtəlif hadisələrə tam hakim olması bu hay-küyləri sakitləşdirdi və İmamın ömrünün sonunda hay-küylər tamamilə bitdi. Lakin İmamın vəfatından sonra pisniyyətli düşmənlər yenidən canlandı və öz arzularını yenidən proqnozlaşdırmağa başladılar. Köhnəlmiş və iddialı bir partiya 69-cu ildə (1990-cı il) bəyanat verdi və İslam Respublikasının çökmə ərəfəsində olduğunu iddia etdi. Bu kimi sözləri öncədən də, sonralar da müxtəlif şəxslər və qruplar deyirdilər. Bu sözlər düşmənlər və əcnəbilərdən təsirlənərək deyilirdi və İslam Respublikasının dağılacağını proqnozlaşdırıb, öz arzularını xəbər və təhlil formatında çatdırırdılar. Elə bir neçə il öncə amerikalılar deyirdilər ki, İslam Respublikası 40 illiyini görməyəcək. Mən xatırlamıram ki, hansısa bir sistemin dağılacağı və çökəcəyi ilə bağlı bu qədər proqnoz verilsin. Bir çox inqilabların həyəcanlı başlanğıcı olsa da, uğursuz sonluğu olub. Bu, İrandada baş verib. “Məşrutə Hərəkatı” səs-küylə, həyəcan və fətva ilə yaranmasına rəğmən, ondan 15 il sonra Rza Xan iş başına gəldi ki, onun zülmü Qacarların dövründəki zülmdən daha pis idi. 1329 və 1330-cu (1950-1951) illərdə İran neftinin milliləşdirmə hərəkatı baş verdi və ingilislərin əlindn alındı. Lakin bir-iki il sonra ABŞ-Britaniya çevrilişi baş verdi və Məhəmmədrza uzun müddətli ağır və qarışıq bir diktatura rejimini başlatdı. Şükürlər olsun ki, İmam Xomeyninin inqilabı və sistemi nəinki dağılmadı, hətta günbəgün daha da gücləndi və təslim olmadı. Günü-gündən öz müstəqilliyini daha da aydınlaşdırdı, böyük nailiyyətlər əldə etdi və bir çox maneələri aradan qaldırdı.... İmam Xomeyni (r.ə) hər sahədə, o cümlədən, elmi və dini mərifət baxımdan böyük insan idi. Onun İslam dininə dərin mərifəti bu nəzəriyyənin ərsəyə gəlməsinin əsasını təşkil edirdi. O, İslamı tanıyır və bilirdi ki, islami hakimiyyət İslamın ən önəmli mesajıdır və xalqa həqiqətən də inanırdı. İmam xalqın gücü və iradəsinə inanırdı. 1341-ci ildə, hərəkatın ilk çağlarında İmam məsələni siyasiləşdirdi və buyurdu: “Əgər dəvət etsək, xalq Qum şəhərinin səhrasına doluşar.” İmam Xomeyni hər iki kateqoriyanı – “Cümhuriyyət” və “İslamçılığ”ı İslamdan əldə etmişdi. İslamın əsaslarına yiyələnməsi və onu hərtərəfli mənimsəməsi o dahi şəxsiyyətin zehnində bu nəzəriyyəni formalaşdırmışdı. Əlbəttə, ona qarşı çıxanlar da var idi; həm hökumətin islami, həm də xalqa söykənən və demokratik bir hökumət olmasına qarşı ciddi müxalif şəxslər var idi və bu günə kimi hələ də bu nəzəriyyəyə qarşı çıxanlar vardır. İslam hakimiyyətində ölkənin sistemi və yaşamı İslam dəyərləri və İslam qaydalarına uyğun idarə olunduğundan, kəskin müxalifləri var idi. Əlbəttə, onlar sekulyar və qeyri-dini dəstələrdən ibarət idi. Onlar deyirdilər ki, din sosial məsələlərə müdaxiləetmə hüququna və ölkənin idarəetmə potensialına malik deyil. Bəziləri də dini cəmiyyətin tiryəki hesab edirdilər. Bir qrup dinə mötəqid olsa da, dini müdafiə etmək mövqeyindən çıxış edib deyirdilər ki, din siyasətə bulaşmamalı, öz müqəddəsliyini qorumalı və başqa meydana girməməlidir. Əgər insan onların kimliyi haqqında dəqiq mühakimə yürütmək istəsə, əslində, onlar sekulyar dindarlar idi. Xalq hakimiyyətinə və demokratiyaya qarşı olanlar da iki cəbhəyə bölünürdü. Bir cəbhə liberal sekulyarlar idi. Onlar demokratiyaya inanır, amma deyirdilər ki, demokratiyanın dinə heç bir aidiyyatı yoxdur. Demokratiya texnokratların işidir. Başqa bir qrup dindar olsa da, dini hakimiyyətin xalqa heç bir aidiyyatı olmadığını deyirdi. Bu ikinci nəzəriyyəin nümunələrini İŞİD üzvlərində müşahidə etdik; belə ki, onlar dini hakimiyyətə inansalar da, xalqı heç kim sayırdılar. İmam Xomeyni dərin dini mərifətinə söykənərək öz nəzəriyyəsinin üstündə möhkəm dayandı və onu irəli apardı. Bu müdrik bir nəticədir. Quranda dini hakimiyyət açıq şəkildə bəyan edilib. Peyğəmbərin sünnəsi, hədis və kəlamları da bunu sübut edir. Yəsrib nümayəndələri Peyğəmbəri-Əkrəmin (s) hüzurunda gəlib, o Həzrəti dəvət etdikdə, Peyğəmbər onlardan müdafiə etmələrinə dair əhd-peyman aldı. O Həzrət Mədinəyə daxil olduqda, İslam hakimiyyəti qurdu və bu hakimiyət onun peyğəmbərliyinə aid idi. Peyğəmbərin vəfatından sonra canişinlik məsələsində ixtilaflar olsa da, müsəlmanlardan heç biri dini hakimiyyət məsələsində ixtilaf etmədi. Heç kim hökumətin islami qaydada təşkilində şəkk etmirdi. İslama etiqadı olan hər bir kəsin İslam hakimiyyətinə də etiqadı olmalıdır. Xalqın səsinin etibarı da İslamdan qaynaqlanır. Bir tərəfdən, məsələnin dini cəhəti – məsuliyyət və haqq məsələsidir, digər tərəfdən isə dini hakimiyyətin realllaşdırılmasıdır ki, bu da xalqın iştirakı olmadan mümkünsüzdür. Qurani-Kərimdə və rəvayətlərdə cəmiyyətin taleyi ilə bağlı xalqın məsuliyyəti haqqında göstərişlər vardır. Bu məsuliyyət ümumi xarakter daşıyır və müxtəlif zamanlarda müəyyən vasitələrlə, bu gün isə seçkilərdə iştirak etməklə həyata keçirilir. Dini hökumətdə xalqın dəstəyi olmazsa, xalq qılınc və şallaq gücünə yaşamağa məcbur olur və xalq hakimiyyətinə imkan verilmir. İslam hökuməti də qılınc və zorakılıqla uzlaşmır, xalqın dəstəyi olmadan hökumətin davam etdirilməsini mümkinsüz hesab edir. İslam Respublikası adlanan dini demokratiya həqiqi və xalis dini bir plandır. Bəziləri deyirlər ki, İmam Xomeyni seçki məsələsini qərbdən götürdü, bu, əsassız bir sözdür. İmam Xomeyni elə bir şəxsiyyət deyildi ki, kiməsə xatir Allahın hökmündən imtina etsin. İmam Xomeyni din və Allah tərəfindən təsdiqlənməyən demokratiya ilə razılaşan bir şəxs deyildi. Misal üçün, İmam Xomeyni hicabın zəruriliyi məsələsini gündəmə gətirdiyi gün bir çoxları, hətta İmama yaxın şəxslər belə bu qərara qarşı çıxdılar. Lakin İmamın nəzəri bu idi və onu qətiyyətlə gündəmə gətirdi. Zalım Pəhləvi rejiminin qaranlıq dövründə bu xalq zülm altında yaşayırdı. İmam Xomeyni sıçrayışlı hərəkəti ilə xalqı meydanlara gətirdi, xalqın iradəsi üçün böyük güc potensialından istifadə etdi, öz rəhbərlik və hidayəti ilə onu elə bir mərhələyə çatdırdı ki, böyük işlərə əl atdı, neçə min illik şahlıq rejimini devirdi, müqavimət göstərməyi bacardı, günü gündən daha da gücləndi. Bu gün isə İslam Respublikası iri gövdəli bir ağaca çevrilib və heç bir tufan onu yerindən qopara bilməz. İmam Xomeyni bu iki kəlməni ölkənin problemlərinin çıxış yolu bilirdi. Odur ki, belə buyurmuşdu: “Nə bir kəlmə az, nə də bir kəlmə çox, yəni Respublika İslamsız və İslam Respublikasız məna kəsb etmir. İslam Hakimiyyəti, yəni möhtəva və dəyərləri İslam tanıtdırmalıdır. Həm xalqın iradəsi, həm də İslam hökmləri təsiredicidir və bütün işlərdə çıxış yolu da elə budur. Haçan biz xalqı meydana gətirdiksə və İslamı öz işlərimiz üçün ölçü və meyar seçdiksə, inkişaf etdik. Haçan bunlardan biri ləngidisə, inkişaf etmədik. Əgər ölkə rəsmiləri İslam çərçivələrinə əməl edib, iqtisadi, siyasi və mədəni işlərdə xalqın iştirakını təmin etsələr və bir mexanizm yaratsalar, bütün problemlər həll olunacaq. İmam Xomeyninin demokratiya və İslam haqqında tutarlı açıqlamaları var. İmam geridəqalmanı və eklektizmi qəbul etmirdi. Onun nəzərində İslam ədalətsevər, hegemonlara və korrupsiyaya qarşı olan bir dindir. Bu, İmamın açıqlamalarında aydın şəkildə görünür. İmamın etiqad bəslədiyi İslam əcnəbilərin hegemonluğuna və düşmən müqabilində təslim olmağa qarşıdır. İmam Xomeyninin qəbul etdiyi İslam irticaçılıq və geridəqalma düşüncələrə, aristokratikaya zidd, yoxsuların tərəfdarı və təbəqələşmənin əleyhinə idi. İmam Xomeyni seçkiləri dini bir vacib hesab edirdi və öz vəsiyyətnaməsində də buyururmuşdur: “Bəzi məqamlarda seçkilərdə iştirak etməmək günahdır, hətta ən böyük günahlardandır”, “seçkilərdə iştirak etməkdə səhlənkarlıq hətta gələcək nəsillərə də mənfi təsirləri ola bilər ki, bu da ilahi cavabdehliyə səbəb olur.” Ali Rəhbər çıxışının sonunda iyun ayında İranda keçiriləcək prezident seçkilərindən danışıb və seçkilərdə namizədliyini irəli sürən namizədlərə əməl edə bilməyəcəkləri vədləri verməməyi tövsiyə edib. Oxşar xəbərlər
|