Məhasin əxlaq daha üstündür, yoxsa məkarim əxlaq?
Mьəllif: Admin
Tarix: 9-06-2021, 23:10
Məhasin əxlaq daha üstündür, yoxsa məkarim əxlaq?
Həzrət Peyğəmbər (s) buyurur: “Mən məkarim əxlaqi tamamlamaq üçün məbus olmuşam”.

Həzrət Peyğəmbər (s) bu dəyərli buyuruşu ilə bizə bəyan edir ki, kamala çatmaq üçün ən mühüm açar – məkarim əxlaqdır.

Məkarim əxlaq əlbəttə, məhasin əxlaq deyildir, ondan fərqlənir. Bəs onların arasında hansı fərq vardır?

Əxlaq alimlərinin nəzərinə görə, məkarim əxlaq məhasin əxlaqdan daha üstün dərəcədə qərar tutur.

Məhasin əxlaq hər bir insanda fitri olaraq mövcud olmaqdadır. Sadəcə fitrətin qabığını bir qədər kənara çəkmək lazımdır. O zaman ağıl da məhasin əxlaqı tanıyar.

Ancaq məkarim əxlaq o fəzilətlərdəndir ki, ola bilsin ki, ağıl onu rahatlıqla qəbul etməsin. Misal üçün başqalarına yaxşılıq etmək – məhasin əxlaqdır. Hər bir ağıl onu yaxşı bir əməl kimi qarşılayır.

Ancaq o zaman ki, insan özü möhtac və ehtiyaclıdır, bu halda fədakarlıq etməsi – məkarim əxlaqdır. İnsan ağlı onun nə qədər uca bir əməl olduğunu dərk edə bilmir.

Ona görə də məkarim əxlaq – nəbəvi əxlaqdır. Bu əxlaqı adi insanlar yerinə yetirməkdə çətinlik çəkərlər.

Hər kimin məkarim əxlaqı olar, kamala çatmaq yolunun açarını əldə edər və İlahi qürb məqamına tərəf irəliləyər.

Həzrət Peyğəmbər (s) buyurur: “Bəndə, öz gözəl əxlaqı ilə oruc tutan namazqılanın dərəcəsinə çatar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031