İnsanın ruhu nə zaman azad olur?
Mьəllif: Admin
Tarix: 11-06-2021, 10:23
İnsanın ruhu nə zaman azad olur?
Uca Allah Quranda buyurur: “Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)”. (“Bələd” 4).

İnsan bir tərəfdən ruhani və digər tərəfdən cismani tərəfə malikdir. Əbədi olan isə onun ruhudur. Ruhu bir müddət onun bədənində qonaq olar və sonra öz əbədi məkanına uçub gedər. Ruhun cisimlə bu dünyada birlikdə yaşaması onun üçün məşəqqətlidir. Çünki daima Allah tərəfindən imtahan olunar.

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Mülk” 2).

Allah Təala buyurur ki, biz insanı məşəqqətdə yaratmışıq, əslində insan xilqətinə edilən işarədir. Çünki insanın xəlq olunmasındakı hədəf – İlahi imtahan, ibadət, Allahın qüdrətindən agah olmaq, İlahi rəhmətə çatmaq... kimi tanıdılmışdır.

Bu ayə onu demək istəyir ki, insan yer varlığı olduğu üçün nütfədən yaranır və sonra çoxlu yollar arxada qoymağa məcbur olur. Ta o zamana qədər ki, dünyaya gəlir. Dünyaya gələndən sonra da böyüməsi, cavanlığı, qocalması məşəqqət içində keçir.

Nə qədər zəngin insan olursa-olsun, bu mərhələləri hamı keçir. İnsanın bu əziyyəti o zaman sona çatır ki, ruhu bədənini tərk edir və Allaha qovuşur. Məhz bu zaman ruh azad olur və əbədi yerində qərar tutur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031