Ölülər yaxınlarını görməyə gəlirlərmi?
İshaq ibni Əmmar, İmam Museyi-Kazıma (ə) deyir: “Möminin ruhu yaxınlarını görməyə gəlirmi?”.
Həzrət (ə) buyurur: “Bəli”. Deyir: “Nə qədər onların görüşünə gəlir?”. Həzrət (ə) buyurur: “Hər birinin malik olduğu məqam və dərəcəyə görə. Bəziləri hər gün, bəziləri iki gündən bir, bəziləri üç gündən bir və məqamları az olanlar hər cümə günü”. Deyir: “Hansı saatda gələrlər?”. Buyurur: “Zöhr zamanı”. Deyir: “Hansı qiyafədə gələrlər?”. Buyurur: “Sərçə şəklində və ondan kiçikləri şəklində. Allah onunla mələk də göndərər. Onu sevindirəcək şeyləri ona göstərər, onu narahat edən şeyləri ondan gizlədər”. /Deyerler.org/ Oxşar xəbərlər
|