Həyat iksiri
Mьəllif: Admin
Tarix: 13-06-2021, 10:42
Həyat iksiri
Allahı yad etmək dirilik suyudur. Allahı davamlı olaraq yad etmək insanın canını yamyaşıl həqiqət düzənliyinə çevirir.

Allahı yad etməyi tərk etmək isə insanın Allahın vilayətindən çıxmasına, şeytanın nüfuz yollarının açılmasına səbəb olur. Şeytan insanın vücuduna hakim kəsildikdə, onun qəlbini quru səhraya çevirməyincə əl çəkməyəcək.

Allahı yad etmək kamil şəkildə gerçəkləşsə, insana sağlam düşüncə bəxş edir və onu hərəkətə gətirir.

Ona görə də Mütəal Allah ağıl sahiblərini vəsf etdikdə əvvəl onları zikr əhli, sonra isə düşüncə sahibi kimi tanıdır:

الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ

“Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər.” (“Ali İmran” surəsi, ayə 191)

Qəlb Haqqı xatırladıqda, düşüncə də yüksəlir və insan düşüncə sahibi olur.

Yalınz Haqqı yad etmək günəşinin insanın can sahəsinə saçması ilə fikri zülmətlər və depressiyalar aradan qalxır.

Ancaq insan Allahı yad etməkdən üz döndərdikdə qəlbi bərkləşir, nəticədə fikir və düşüncəsi əfsürdə olur.

Mütəal Allah həzrət Musaya (ə) buyurdu:

لَا تَدَعْ ذِکْرِی عَلَى کُلِّ حَالٍ…فَإِنَّ تَرْکَ ذِکْرِی یُقْسِی الْقُلُوبَ

“Ey Musa! Heç bir halda Məni yad etməyi tərk etmə... Çünki Məni yad etməyi tərk etmək qəlbləri bərkləşdirir.” (“Kafi”, c. 2, səh. 497)

İnsan Allahı yad etməkdən qafil olduqda, qəlbi quru və əkinə yararsız bir çöllüyə dönür, belə ki, ondan heç bir sağlam fikir və saleh əməl ixrac olmur.

Qiyamət günü də vücudunun həqiqəti quru və şoranlıq səhra kimi təcəssüm edəcək, o səhrada nə qədər qaçsa da dirilik suyuna çatmayacaq, susuzluq və çarəsizlikdən başqa bir şey ona nəsib olmayacaq.

Ustad Füruği (Allah onu qorusun)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031