Bir əməllə kifayətlənmək olmaz
Mьəllif: Admin
Tarix: 15-06-2021, 11:36
Bir əməllə kifayətlənmək olmaz
Uca Allah Quran-Kərimdə buyurur ki, hər kimin imanı olar və saleh əmələ malik olar – Allah onu Öz behiştinə daxil edər.

Bu yolla Allah Təala vədə verər ki, bu iki əməl sahibləri behiştə gedəcəklər.

Bunu nəzərə almaq lazımdır ki, insan ancaq bir əməl yerinə yetirərək behiştlik ola bilməz. Bunun üçün səy göstərmək və daha çox azuqə toplamaq lazımdır.

Behişt əhli o insanlardır ki, Allahın vacib buyurduqlarını yerinə yetirər, haram buyurduqlarından çəkinər. Əgər belə etməsə, bəndə olmaq yolundan xaric olmuş olar.

“İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların (bir-birlərinə, yaxud Allah və mələklərin onlara) oradakı xeyir-duaları «salam»dır”. (“İbrahim” 23).

Bu ayə demir ki, ancaq bir saleh əməlin olmalıdır. Buyurur ki, hər nə qədər saleh əməlin çox olarsa, o zaman dərəcən də yüksək olar. Bir əməllə kifayətlənmək olmaz.

İmam Rza (ə) buyurur: “Hər kim Musa ibni Cəfərin (ə) qızı Fatiməni (s.ə) ziyarət edərsə, behişt onun üçündür”.

Məsumlarımız (ə) bizləri bu cür bir çox əməllə tanış etmişdilər ki, bizi birbaşa behiştə apara bilər. Xanım Məsumənin (s.ə) ziyarəti də o saleh əməllərdən biridir.

İnsanlara xidmət etmək, sileyi-rəhm etmək, valideynə yaxşılıq etmək, ehsan etmək, yoxsulun əlindən tutmaq, mömini sevindirmək... kimi əməllər saleh əməllər cərgəsindədir.

Lakin bir şeyi qeyd etmək lazımdır ki, insan gördüyü hər bir əmələ görə rahat olmamalıdır. Ola bilsin ki, bu əməllərin bəzisi qəbul olsun, bəzisi isə riya və ya təkəbbür üzündən göyə qalxmasın. Ona görə də həqiqi mömin o kəsdir ki, həm rəcaya malik olar və həm də xofa.
(İslami saytlara istinadən)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031