“Zuxruf” surəsinin fəzilətləri
“Zuxruf” surəsi Quranın 43-cü surəsi olub, Məkkədə nazil olmuşdur. Bu surənin 89 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Zuxruf” surəsini oxuyarsa, o kəslərin cərgəsində olar ki, Qiyamət günü onlara deyilər: “Ey bəndələr! Qorxunuz olmasın və qəmgin olmayın. Hesab vermədən behiştə daxil olun””. İmam Muhəmməd Baqir (ə) buyurur: “Hər kim “Zuxruf” surəsini davamlı oxuyarsa, Qiyamət qurulana qədər qəbrində həşəratlardan və qəbir əzabından amanda olar. Sonra Allahın əmri ilə behiştə gedər”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni yazsa və onu yuyub xəstəyə verərsə ki, (suyunu) içsin – xəstənin başqa dərmana ehtiyacı olmaz. Əgər bu suyu huşdan gedən birinə içizdirsələr, huşa gələr”. Əgər kimsə bu surəni yazsa və başının altına qoysa, gecəni yaxşı yuxular görər. Əgər bu surə mağazanın divarına yazılarsa, ticarət ruzili olar və mağazanın müştəriləri çox olar. Əgər bu surənin suyunu ərinə itaət etməyən qadına içizdirsələr, o, ərinə itaət edər. İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni yazsa və özü ilə gəzdirsə, hər bir hakimin şərindən amanda olar. İnsanlar onu sevər. Və (bu əməl) həzmsizlik üçün də faydalıdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|