Şeyx Abbas Quminin atası, oğlunun “Məfatih”i yazdığını bilmirmiş...
Mьəllif: Admin
Tarix: 15-06-2021, 23:27
Şeyx Abbas Quminin atası, oğlunun “Məfatih”i yazdığını bilmirmiş...
Valideynlərə yaxşılıq etmək və onların razılığını qazanmaq – o qədər mühüm mövzudur ki, Allah Öz ibadətindən sonra, onlara ehsan etməyi vacib buyurmuşdur.

Uca Allah Müqəddəs Quranda buyurur ki, ağvalideyn olmayın və Mənə şirk bəsləməyin. Çalışın valideynlərinizə o qədər yaxşılıq edəsiniz ki, onlar sizin barənizdə xeyir dualar etsinlər.

Şeyx Abbas Qumi nəql edir ki, atası minbər zamanı Hacı Şeyx Qulamrzanın ayaqlarının aşağısında əyləşərdi. Alim, Şeyx Abbasın “Məfatih”də yazdıqlarından sitat gətirirdi və atası həmin kitabı oğlunun yazdığından xəbərsiz idi. Şeyx Qumi də ona bu haqda heç nə deməmişdi.

Şeyx Qumi atasına yaxınlaşır ki, qulağına bir söz desin, ancaq o, oğlunun üzərinə qışqırıb deyir ki, gəl gör, Hacı Qulamrza nələr deyir.

Şeyx Qumi atasına deyir: “Atacan! Mənim üçün dua et ki, başa düşə bilim”. Demir ki, bu kitabı mən yazmışam. Alim gedib anasına atasından şikayət etmir ki, atam mənim abırımı apardı. Sadəcə yavaş səslə deyir: “Mənim üçün dua et ki, onu başa düşə bilim”.

Bu, alimin valideynlərinə olan ehtiramından xəbər verir.

Başqa bir əhvalatda oxuyuruq ki, bir kişinin qoca anası var idi və anasının görmə, eşitmə və yol getmə qabiliyyətləri zəifləmişdi. Kişi onunla yaşamaqdan yorulmuşdu.

Bir Şeyxin yanına gedir və deyir ki, ona çarə yolunu göstərsin. Şeyx də ona deyir: “Anan sənin əziyyətini çox çəkmiş və səni böyütmüşdür. Ona görə də ona qayğı göstər”.

Kişi deyir: “Mən onun etdiklərinin on dəfə çoxunu onun üçün etmiş və ona qayğı göstərmişəm. Mənim üçün nə edibdirsə, onun daha çoxunu onun üçün etmişəm”.

Şeyx ondan bu sözləri eşidəndən sonra deyir: “Sənin qayğı göstərməyinlə ananın qayğı göstərməsi arasında fərq vardır.

Anan yaşayasan deyə, sənin qayğını çəkmişdir. Sən isə ona öləcəyi üçün qayğı göstərirsən. Ona görə də hər nə qədər çox səy göstərsən də, onun zəhmətləri qarşısında heç qalar”.

Bəli, valideyn haqqı böyük haqdır. Hər kim valideynlərinə yaxşılıq edərsə, Allaha yaxşılıq etmiş olar. Allah onu bu əməlinə görə günahdan paklayar və behiştinə daxil edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031