İmam Zaman ağa (ə.f) niyə bu gəncin məscidə getməsini istəmədi?
Mьəllif: Admin
Tarix: 16-06-2021, 13:30
İmam Zaman ağa (ə.f) niyə bu gəncin məscidə getməsini istəmədi?
Şeyx Baqirdən nəql edirlər: “Peşəsi dəllək olan bir cavanın qoca atası var idi. Ona xidmət edər və öz oğulluq vəzifəsində heç zaman səhlənkarlıq etməzdi.

Onu hətta ehtiyacı olan yerə aparan zaman, öncədən suyunu hazır edər və gözləyərdi ki, atası çıxsın və onu təkrar geriyə aparsın.

O, cümə axşamı günündən başqa həmişə atasının xidmətində durardı. Cümə axşamında isə "Səhlə" məscidinə gedərdi.

Ancaq bir müddət sonra “Səhlə” məscidinə də getmir və ondan bunun səbəbini soruşanda, deyir: “40 gecə cümə axşamları “Səhlə” məscidinə getmişəm.

Sonrakı cümə axşamı atama qulluq etdiyim üçün ertədən getməyə fürsət tapmadım və gecə oldu. Qərara aldım ki, gec də olsa, məscidə gedim.

Yolda bir ərəb gördüm ki, ata süvar olmuşdu. Mənə yaxınlaşıb dedi: “Hara gedirsən?”.

Dedim ki, “Səhlə” məscidinə.

Dedi: “Sənə qoca atanı vəsiyyət edirəm”.

Bu cümləni üç dəfə təkrar etdi və sonra gözdən itdi.

Mən başa düşdüm ki, bu mübarək şəxs İmam Zaman ağa (ə.f) idi. Həzrət (ə.f) mənim atamdan ayrılmağımı istəmirdi, hətta həftədə bir dəfə – cümə axşamları günü olsa da belə.

O gündən sonra daim atamın qulluğunda oldum və məscidə getmək üçün də ayrılmadım”.

Mümkündür ki, həmin gənc məscidə gedən zaman qoca atasının nə isə bir ehtiyacı yaranardı və o zaman oğlunun onun yanında olmaması çətinliyə səbəb olardı.

Bu baxımdan, atasına qulluq, daima onun xidmətində olmaq – daha üstün bir ibadət sayılırdı.

Allah Təala bizlərə hər zaman ən yaxşısını seçməyi nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031