Həyanın əlamətləri
Mьəllif: admin1
Tarix: 10-12-2017, 10:47
Həyanın əlamətləri

Həya - İslam dinində hərəmləri qoruyan hissdir. Yəni, həya - insanı günahdan saxlayan hissdir. Elə bir amildir ki, günah üçün şərait yaranan zaman insana mane olar.
Həyanın nişanələri

1. Möminliyin nişanəsidir. “Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar”. (“Muminun” 5).

2. Ümumi iffət. “Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar”. (“Nur” 31).

3. Subay cavanlara lazım olan iffət. “Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar”. (“Nur” 33).

Həyanın həqiqəti

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbazər! Behiştə daxil olmaq istəyirsənmi?”. Deyir: “Bəli”. Buyurur: “Arzuları qısa et və ölümünü gözünün önündə qərar ver. Allahdan lazım olan kimi həya et”. Dedim: “Ya Rəsulallah! Biz Allahdan həya edirik”. Buyurdu: “Həya etmək o cür deyildir. Allahdan həya etmək odur ki, qəbirlərin daxilini və orada cürüməyi unutmayasan. Nəzərində olsun ki, qəbirin daxilində nələr baş verəcəkdir. Başına nə gələcək və orada nələr baş verəcəkdir”.

Bir gün Həzrət Peyğəmbər (s) səhabələrindən soruşur: “Bir qadın üçün ən üstün şey nədir ki, dünyada islah olmasına və axirətdə səadətinə səbəb olsun?”. Heç kəs cavab vermədi. Hamı dağılandan sonra İmam Əli (ə) evə gəlir və Həzrətin (s) bu sualını Həzrət Fatiməyə (s.ə) verir və Xanım (s.ə) buyurur: “Bir qadın üçün ən üstün şey odur ki, naməhrəm kişi onu görməsin və o, da naməhrəmi görməsin”. İmam Əli (ə) məscidə gedir və qızının bu cavabını əziz Peyğəmbərə (s) deyir. Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Həya 5 növdür: günah edən zaman edilən həya, səhlənkarlıq zamanı edilən həya, səxavətli olan zaman edilən həya, sevgi və dostluq zamanı edilən həya, qüdrət zamanı edilən həya. Hər birinin əhli və malik olanı vardır”.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930