Allah bu qapını xüsusi bəndələrinin üzünə açmışdır
İnsan üçün iki cür mücahidə mövcuddur: böyük və kiçik. Böyük mücahidə nəfslə edilən mücahidədır və ən çətin mücahidə hesab olunur.
Əkbər mücahidə dedikdə, yəni, şəhvətlə mübarizə aparmaq, rahatlıq istəmə hissi ilə mübarizə aparmaq, nalayiq əxlaqla mübarizə aparmaq... nəzərdə tutulur. Kiçik mücahidə isə müharibədə igidlərin göstərdiyi mücahidədır. Yəni, İslam düşməni ilə mübarizə aparmaq və ona qalib gəlməkdir. Əmirəl-möminin (ə) mücahidə barəsində buyurur: “Cihad – behştin qapılarından biridir ki, Allah onu xüsusi bəndələrinin üzünə açmışdır”. Əlbəttə, bu xütbədə söhbət kiçik mücahidədən gedir. O kəslərdən ki, imanla Allah yolunda düşmənlə mübarizə aparar və onunla vuruşar. Ancaq bu mücahidə Həzrət Peyğəmbərin (s) nəzərində daha asan işdir, nəinki böyük mücahidəni yerinə yetirmək. O, müharibədən qayıdan cavanlara üzünü tuturaq, buyurmuşdu: “Kiçik cihadı yerinə yetirmisiniz. İndi növbə böyük cihaddadır”. Soruşurlar ki, böyük cihad nədir? Həzrət (s) buyurur: “Öz nəfsinizlə olan cihad”. Rəhmətlik İmam (r) buyurur: “Bil ki, insan, nəfsinin və şəhvətinin əsarətindədir. Şəhvət və qəzəbin uzun silsilələri onun boynundadır. Heç bir mənəvi məqama nail ola bilmir, həmin bu əsarət bais olur ki, hər bir halda nəfsinin əsarətində olsun”. Aydındır ki, o zamana qədər ki, insan nəfsinin əsarəti altında olar, maddi dünyadan əl çəkə bilməz və mənəvi inkişaf edə bilməz. Əgər ən əziz şeyləri olan dünya nemətlərini əldən verməyi bacarsalar, o zaman nəfslərinə qalib gələ biləcəklər. Ancaq dünyaya, sərvətə və mala olan sevgini tərk etmək və axirətə görə bunların hamısından keçmək – heç də asan iş deyildir. Bu səbəbdəndir ki, həmin mücahidəni əkbər adlandırırlar. Beləliklə, deyə bilərik ki, böyük mücahidə – ən çətin bir mücahidədır ki, zaman məhdudiyyəti yoxdur. İnsan nə zaman istəsə, bu mücahidəni yerinə yetirə bilər. Bəlkə ömrünün sonuna qədər əkbər mücahidə ilə məşğul olar. Ancaq kiçik mücahidə müharibəyə aid olduğu üçün, xüsusi zaman və məkan cərçivəsində yerinə yetirilər və nəticəsi də tez bir zamanda məlum olar. Ona görə də onu böyük mücahidədən daha asan hesab edirlər. İnsan gərək özünü tərbiyə etsin. Başa düşsün ki, Allah qarşısında, özü qarşısında məsuliyyətləri vardır. Əgər insan imanlıdırsa və Allah yolunda irəli gedirsə, həm kiçik və həm də böyük mücahidədə qalib gələnlərdən ola bilər. Bunun üçün səy göstərmək və nəfsini islah etmək lazımdır. /Deyerler.org/ Oxşar xəbərlər
|