Quran oxumaq günahların kəffarəsidir, insanı günahdan qoruyar
Müqəddəs Kitabımız olan Qurani-Kərimin tilavəti ilə bağlı mübarək dinimizin çoxlu tövsiyələri vardır.
Bu tövsiyələrdən bəzilərinə diqqət edək: 1. Quranı rəhbər bilmək. Həzrət Peyğəmbər (s) buyurur: “Quranı öz rəhbəriniz qərar verin”. 2. Quranı üstün bilmək. Həzrət Peyğəmbər (s) buyurur: “Quranın başqa sözlərə üstünlüyü – Allahın, məxluqlarından üstünlüyü kimidir”. 3. Quranın dili çox şirindir. İmam Əli (ə) buyurur: “Pak və Uca mərtəbəli Allahın Kitabını öyrənin ki, o, ən yaxşı söz və ən ifadəli möizədir. Onda təfəkkür edin ki, həqiqətən Quran – qəlblərin baharıdır. Nuraniliyindən şəfa istəyin ki, həqiqətən Quran – qəlblərin şəfasıdır. Tilavətini gözəl edin ki, ən üstün dastanlar (ondadır)”. 4. Quran hərtərəflidir. İmam Əli (ə) buyurur: “Hər kim keçmişdəkilərin və gələcəkdəkilərin elmini öyrənmək istəyirsə, Quranda dəqiq olsun”. 5. Günahların kəffarəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Quranı qiraət edin. Çünki Quran oxumaq – günahların kəffarəsi, atəşdən örtük və əzabdan amandır”. 6. Fəsaddan uzaq olmağa səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “Quran oxumaqdan qafil olma ki, Quran qəlbləri dirildər və pisliklərdən uzaq saxlayar”. /Deyerler.org/ Oxşar xəbərlər
|