İmam Rzadan (ə): Cənnət və Cəhənnəm hal-hazırda yaranıbmı?
Mьəllif: Admin
Tarix: 24-06-2021, 10:50
İmam Rzadan (ə): Cənnət və Cəhənnəm hal-hazırda yaranıbmı?
Hərəvi belə nəql edir:

قُلتُ لِعَلِيِّ بنِ موسَى الرِّضا (ع): يَا بنَ رَسولِ اللّهِ، فَأَخبِرني عَنِ الجَنَّةِ وَالنّارِ أهُمَا اليَومَ مَخلوقَتانِ؟ فَقالَ:

“İmam Əli ibn Musər-Rzaya (ə) dedim: Ey Peyğəmbər övladı, mənə Cənnət və Cəhənnəmin hal-hazırda yarandığı və ya mövcud olduğunu deyə bilərsinizmi? İmam (ə) buyurdu:

نَعَم، وإنَّ رَسولَ اللّهِ (ص) قَد دَخَلَ الجَنَّةَ ورَأَى النّارَ لَمّا عُرِجَ بِهِ إلَى السَّماءِ.

“Bəli! Peyğəmbəri-Əkrəm (s) “Merac”a aparıldığı zaman həm Cənnətə daxil olub, həm də Cəhənnəmi görüb.”

فَقُلتُ لَهُ: إنَّ قَومًا يَقولونَ: إنَّهُما اليَومَ مُقَدَّرتانِ غَيرُ مخَلوقَتَينِ.

O Həzrətə dedim: “Bəziləri deyirlər ki, Cənnət və Cəhənnəm (Allah tərəfindən) müəyyən (müqəddər) olunsa da, hələ yaranmamışdır.”

İmam (ə) buyurdu:

ما اُولئِكَ مِنّا ولا نَحنُ مِنهُم، مَن أنكَرَ خَلقَ الجَنَّةِ وَالنّارِ فَقَد كَذَّبَ النَّبِيَّ (ص) وكَذَّبَنا، ولا مِن وَلايَتِنا عَلى شَيءٍ، ويُخلَدُ فِي نارِ جَهَنَّمَ، قالَ اللّهُ عَزَّوجَلَّ: «هذِهِ جَهَنَّمُ الَّتي يُكَذِّبُ بِهَا المُجرِمونَ. يَطوفونَ بَينَها وبَينَ حَميمٍ آنٍ».

“Onlar bizdən deyil və biz də onlardan deyilik. Kim Cənnət və Cəhənnəmin yarandığını inkar etsə, Peyğəmbəri (s) və bizi təkzib edib və o, bizim vilayətimizdən xaricdir və Cəhənnəmdə əbədi qalacaq.

Allah-Taala buyurur: “Günahkarların təkzib etdikləri Cəhənnəm budur! Onlar onunla qaynar suyu arasında sərgərdan qalarlar.” (“Ər-rəhman”, 43-44; “Üyunu əxbarir-Riza (ə)”, c.1, səh.116, hədis: 3.)



Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031