Oğurluq edib, ehsan edənə savab yazılırmı? – İmam Cəfər Sadiqdən (ə) 5 mövzuda izah
Mьəllif: Admin
Tarix: 24-06-2021, 23:57
Oğurluq edib, ehsan edənə savab yazılırmı? – İmam Cəfər Sadiqdən (ə) 5 mövzuda izah
Tarix göstərmişdir ki, elmin təkamül etməsində elmi münazirələrin və bəhslərin rolu böyük olmuşdur. Nəticədə isə cəmiyyət inkişaf etmişdir.

İmam Sadiqin (ə) müxtəlif mövzular barəsində münazirələri olmuşdur ki, onlara nəzər salaq.

1. Allahı tanımanı sübut etmək. İmam Sadiq (ə) münazirələrində buyurur: “Əgər insanlar Allahı tanımanın dəyərini bilsəydilər, gözlərini düşmənlərə təqdim olunan dünya nemətlərinə dikməzdilər.

Dünya onlar üçün o qədər kiçik olardı ki, onun üçün addım atmazdılar. Onlar Allah mərifətindən bəhrələnərdilər və ondan ləzzət alardılar. O kəs kimi ki, həmişə behişt bağlarında İlahi övliyalarladır”.

Zəndiq İmam Sadiqə (ə) deyir ki, Allah qaibdir.

Əziz İmam (ə) cavabında buyurur: “Necə ola bilər ki, aləmlərin Xaliq, Raziq olan Allahı qaib olsun?! Kim məxluqla bir yerdədir və onların halına şahiddir. Onlara boyunlarının damarlarından belə yaxındır.

Odur səsləri eşidən və cavab verən. Onların sirrini bilən. Odur ki, heç bir məkan Ondan boş deyildir. Bütün İlahi ayələr və nişanələr Onun varlığına şahiddir və Onun qüdrətinin nümayəndəsidir”.

2. Həzrət Peyğəmbərin (s) üstün olması. Əbu Xənis Kufi deyir: “İmam Sadiqin (ə) məclisində iştirak edirdim. Bir dəstə xristian da orada idi. Onlar iddia edirdilər ki, Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmməd (s) fəzilətdə bərabərdirlər. Çünki hər üçü də dinə və Kitaba malik olublar.

İmam (ə) buyurur: “Həzrət Muhəmməd (s) daha fəzilətli və daha üstündür. Allah ona o qədər elm vermişdir ki, başqalarına o qədər verməmişdir”.

Onlar dedilər: “Bu barədə ayə təqdim edə bilərsinizmi?”.

Buyurur: “Bəli”.

Allah Musa (ə) barəsində buyurur: “Və onun üçün (Tövratın) lövhələr(in)də hər bir mövzu barəsində nəsihət və (camaatın etiqad və əməlləri barəsində) hər bir şey üçün ətraflı şərh yazdıq”. (“Əraf” 145).

İsa (ə) barəsində buyurur: ““Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım””. (“Zuxruf” 63).

Həzrət Muhəmməd (s) barəsində buyurur: “Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu Kitabı sənə nazil etdik”. (“Nəhl” 89).

“Onların öz Rəbbinin risalətlərini (peyğəmbərlərə və peyğəmbərlər də insanlara) çatdırdığını bilsin (və əzəli elmi həyata keçsin)”. (“Cinn” 28).

Allaha and olsun ki, o, Musa (ə) və İsadan (ə) daha elmli və daha fəzilətli idi. …”.

3. Sədəqə və ehsan. İmam Sadiq (ə) nəql edir: “Bir gün müşahidə etdim ki, bir dəstə insan bir nəfəri əhatəyə almışdır və o, öz fırıldaq rəftarı ilə onları məşğul edirdi. Nəhayət insanlardan ayrıldı və getməyə başladı. Mən onun ardınca getdim. Öz gözümlə gördüm ki, çörək satılan yerə çatdı və iki çörək oğurladı.

Mən bu mənzərədən təəccüb etdim və düşündüm ki, yəqin ki, pulu vermişdir. Sonra düşündüm ki, əgər pul versəydi, satın alardı, oğurlamazdı.

Yenə onu təqib etməyə başladım. O, nar satılan dükana çatdı və oradan da iki nar oğurladı.

Onu yenə təqib etdim və bir xəstə yanına gəldi. İki çörəyi və iki ədəd narı onun qarşısına qoydu.

İrəli gedib soruşdum: “Bu nə işdir ki, görürsən?”.

Dedi: “Sən yəqin ki, Cəfər ibni Muhəmmədsən (ə)?”.

Dedim: “Bəli”.

Dedi: “Bu əsl və nəsəb ki, varındırdır, sənə nə fayda verir ki, nadan olmusan?”.

Dedim: “Hansı şeyə nadanam?!”.

Dedi: “Allahın sözünə ki, buyurmuşdur: “Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların nə savabları azaldılacaq və nə də cəzaları artırılacaqdır)”. (“Ənam” 160).

İndi ki, gördün mən iki ədəd çörək oğurladım, iki günah etdim və sonra ki, iki nar oğurladım, iki günah günahlarıma əlavə olundu. Bəs bu olur 4 günah. Çörəyin və narın hər birini ehsan etdiyim üçün 40 savab əldə etdim. Bu 40 savabdan dörd günah çıxılır. Mənim üçün 36 savab qalır”.

Dedim: “Anan yasına əyləşsin. Sən Allah Kitabından xəbərsizsən. Məgər eşitməmisən ki, Allah-Təala buyurmuşdur: “«Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir»”. (“Maidə” 27).

Sən ki, iki ədəd çörək oğurladın – iki günah etdin. İki nar oğurladın – günahlarının sayı oldu 4 ədəd. O zaman ki, onları sahiblərinə qaytarmadın və onların icazəsi olmadan bağışladın – 4 günahın üzərinə 4 günah da əlavə oldu. Nəinki qırx həsənə əldə etmisən”.

O, mənim sözlərimə qulaq asır və düşünürdü. Onu bu halda qoyub yoluma davam etdim”.

4. Zahidlik. Bir gün Süfyan Suri İmam Cəfər Sadiqlə (ə) görüşür. Görür ki, İmamın (ə) əynində bir paltar vardır ki, yumurtanın ağından da ağdır.

Deyir: “Bu paltar sizin şəninizə uyğun deyildir”.

İmam (ə) buyurur: “Qulaq as. Sənə elə şey deyəcəyəm ki, bidətlə deyil, haqla öləcəksən.

Dünya və axirətin üçün faydalı olacaqdır.

Bunu bil ki, Peyğəmbər (s) elə bir əsrdə yaşamışdır ki, yoxsulluq hakim idi. Ancaq o zaman ki, cəmiyyətin yoxsulluğu sona çatdı, nemətin firavanlığı irəli gəldi. Bu nemətlərə ən layiqli insanlar yaxşı insanlardırlar, nəinki pis insanlar.

Möminlərdirlər, münafiqlər deyil. Müsəlmanlardırlar, kafirlər deyil.

Bəs sən nə deyirsən? Allaha and olsun ki, indi ki, görürsən necə nəfis və ağ paltar geyinmişəm, həddi-büluğa çatdığım gündən bəri elə səhər və axşam olmayıbdır ki, mənim malımda Allahın haqqı olmuş olsun. Mən onu ödəməmiş olum”.

Bəli, zahidlik o deyil ki, insan kasıb geyinsin. Əsil zahidlik odur ki, insanın malında Allahın və bəndələrinin haqqı olmasın.

5. Dini əhkam. Bir gün Əbu Hənifə bir dəstə dostları ilə birlikdə İmam Sadiqin (ə) məclisinə daxil olurlar. Deyirlər: “Ya ibni Rəsulallah (s)! Oğlun Musanı (ə) gördüm ki, namazla məşğul idi. İnsanlar onun qarşısından gəlib gedirdilər. O, da onlara qadağan etmirdi. Halbuki, gedib-gəlmək mənəviyyata mane olur”.

İmam (ə) oğlunu (İmam Musa Kazimi (ə)) yanına çağırır və buyurur: “Əbu Hənifə deyir ki, namaz qılırdın və insanlar sənin önündən gedib-gəlirdilər. Sən də onlara mane olmurdun”.

İmam Musa Kazim (ə) cavab verir: “Bəli, doğrudur. Çünki o Kəsin qarşısında dayanmış və namaz qılırdım ki, Onu hamıdan özümə yaxın bilirdim. Ona görə də insanları ibadətimə maneə kimi görmürdüm”.

İmam (ə) oğlunu qucaqlayır və buyurur: “Atan-anan sənə fəda olsun!”.

Sonra Əbu Hənifəyə xitab edir və buyurur: “Qətlin hökmü daha şiddətlidir, yoxsa zinanın?”.

Hənifə deyir: “Qətlin hökmü”.

İmam (ə) buyurur: “Əgər belədirsə, bəs niyə Allah qətlin isbatı üçün iki nəfərin şəhadətini lazımlı bilmişdir. Ancaq zinanın sübutu üçün dörd nəfərin şəhadətini lazımlı bilmişdir?!”.

Beləliklə, əziz İmam (ə) mövzuların dərinliyini bilmək üçün müvafiq İlahi bilgilərin zəruriliyini bəlli etmişdir.

Allah Təala bizləri Əhli-Beytin (ə) həqiqi ardıcıllarından qərar versin, inşəAllah!





/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031