Kamil insanın beş mənəvi qüvvəsi
Mьəllif: Admin
Tarix: 24-06-2021, 23:59
Kamil insanın beş mənəvi qüvvəsi
İnsanın beş maddi qüvvə və duyğusu sağlam maddi qəlbə (ürəyə) sahib olduqda öz funksiyasını düzgün şəkildə icra etdiyi kimi, beş mənəvi qüvvəsi də mənəvi qəlbi və ruhu sağlam olduğu zaman öz funksiyasını düzgün şəkildə icra edə bilir.

Qurani-Kərimin “Şüəra” surəsinin 88-89-cu ayələrində buyurulur:

يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ. إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

“O gün (Qiyamət günü) nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!”

Amma qeyd etdiyimiz beş mənəvi qüvvə:

1. Mənəvi görmə qüvvəsi:

قُلْ هَـذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّهِ عَلَى بَصِيرَةٍ أَنَاْ وَمَنِ اتَّبَعَنِي

“(Ya Rəsulum!) De: “Bu mənim yolumdur. Mən və mənə tabe olan kəs bəsirət və gözüaçıqlıqla (insanları) Allaha dəvət edirik…” (“Yusuf”/108.)

وَاذْكُرْ عِبَادَنَا إبْرَاهِيمَ وَإِسْحَقَ وَيَعْقُوبَ أُوْلِي الْأَيْدِي وَالْأَبْصَارِ

“(Ya Rəsulum!) Qüvvət və bəsirətə (mənəvi görmə qüvvəsinə) sahib olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et!” (“Sad”/45.)

2. Mənəvi eşitmə qüvvəsi:

وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

“...Dərk edən qulaq bunu eşidib yadda saxlasın!” (“Haqqə”/12.)

إِنَّ فِي ذَلِكَ لَذِكْرَى لِمَن كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ

“Şübhəsiz ki, bunda qəlb sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!” (“Qaf”/37.)

3. Mənəvi iybilmə qüvvəsi:

وَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ لَوْلاَ أَن تُفَنِّدُونِ

“Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yəqub yanındakı övladlarına) dedi: “Əgər məni səfeh hesab etmirsinizsə, mən həqiqətən də Yusifin ətrini alıram!” (“Yusuf”/94.)

4. Mənəvi dadbilmə qüvvəsi:

اِلـهي مَنْ ذَا الَّذي ذاقَ حَلاوَةَ مَحَبَّتِكَ فَرامَ مِنْكَ بَدَلاً

“İlahi, kim Sənin məhəbbətinin şirinliyini daddıqda, Səndən başqasını (Sənin yerinə) istəyər?!” (“Mühibbin (sevənlərin) münacatı”.)

5. Mənəvi toxunma qüvvəsi:

إِنَّ الَّذِينَ اتَّقَواْ إِذَا مَسَّهُمْ طَائِفٌ مِّنَ الشَّيْطَانِ تَذَكَّرُواْ فَإِذَا هُم مُّبْصِرُونَ

“Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.” (“Əraf”/201.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031