Nemətin şükrü onu artırar
Mьəllif: Admin
Tarix: 26-06-2021, 23:41
Nemətin şükrü onu artırar
Əmirəl-möminin (ə) buyurur: “Allahın hər bir nemətdə haqqı vardır. Hər kim haqqını əda edərsə, nemətini artırar. Hər kim səhlənkarlıq edərsə, neməti məhv olmaq təhlükəsində qərar tutar”.

Bəs Allahın haqqı nədir?

İmam Əli (ə) bu suala cavab verir və buyurur: “Allahın sizin üzərinizdəki ən az haqqı odur ki, İlahi nemətlərdən günahda yardım almayasınız”.

Bu haqq kiçik görünsə də, çox böyükdür, çünki insanın bütün varlığı İlahi nemətdir. İnsan günah edən zaman hər bir bədən üzvündən yardım alır.

İnsan əgər Allaha itaətsizlik yolunda bu bədən üzvlərindən yardım alarsa, Allahın haqqını zay etmiş olar.

Allahın insanlar üzərindəki başqa bir haqqı – şükür etməkdir. Hədislərdə oxuyuruq ki, şükür etməyi kiçik hesab etməyin. Allahın şükrü sadəcə dildə deməklə bitməz, onun dərəcələri və mərhələləri vardır.

İlahi şükrün ən alçaq dərəcəsi odur ki, insan İlahi nemətləri görsün və Onu həqiqi nemətverən kimi tanısın.

İstər daxili nemətlər olsun: həyat, elm, qüdrət kimi. İstərsə də xarici: kainat, ulduzlar, Yer kürəsi, mal-dövlət kimi. İnsan əgər bu nemətləri günah yolunda istifadə edərsə, Allaha naşükürlük etmiş olar.

İmam Əli (ə) buyurur: “Allah hətta əgər itaətsizliyə görə əzabla hədələməsə idi, nemətlərinə şükür etmək üçün itaətsizlik etməmək vacib olardı”.

Ona görə də deyə bilərik ki, həqiqi şükür dildə “Əlhəmdulillah” demək deyildir, bəlkə həqiqi şükür odur ki, insan bütün bədən üzvlərindən günah yolunda istifadə etməsin. Bu cür şükrün faydaları da çox olar.

Əshaq ibni Əmmar nəql edir ki, İmam Sadiq (ə) mənə buyurub: “Ey Əba Əshaq! Nə zaman Allah bəndəsinə nemət versə və o, həmin nemətin qədrini ürəyi ilə dərk etsə və aşkarda Allaha şükür etsə - şükür etməkdən ayrılmamış Allah nemətinin artması əmrini verər”.

İnsan bilməlidir ki, İlahi xilqətdəki hədəf insanın ubudiyyət və bəndəlik məqamına çatmasıdır. İnsan bu yolda İlahi nemətlərdən istifadə etməlidir. Başqa məxluqlar da ona bu hədəfə çatmaq üçün yardım edərlər.

İmam Əli (ə) buyurur: “Ey insanlar! Allahdan çəkinin! Heç kəs yersiz və əbəs yerə xəlq olmamışdır ki, yersiz işlər görsün. Özbaşına buraxılmamışdır ki, yersiz və dəyərsiz işlərlə məşğul olsun”.

İnsan İlahi nemətləri tanıyaraq və onları öz yerində istifadə edərək, Allahın haqqını verə bilər. Bəzən Allah bir insana ona görə nemət verir ki, onu başqasına çatdırsın.

İmam Əli (ə) buyurur: “Allahın elə bəndələri vardır ki, başqalarına fayda vermək üçün ona xüsusi nemətlər bağışlanmışdır. O zamana qədər ki, bağışlayan əli vardır - neməti əlində saxlayar. Nə zaman bağışlamağı əsirgəyər - neməti əlindən alar və başqasının əlinə verər”.

Bəli, bütün bu deyilənləri Allahın haqqı kimi tanımaq olar. Allah bizləri Onun haqqını verənlərdən qərar versin.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031