Ümidsizlik etməyə icazə verilmir
Qurani-Kərimin bir çox ayələrində Allahdan ümidsiz olmaq kəbirə günah kimi tanıdılmışdır. Ona görə də bu insanların əməlləri həmişə məzəmmət olunmuşdur.
«Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87). Başqa yerdə buyurulur: “Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»”. (“Hicr” 56). “(İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik”. (“İsra” 8). Bu ayədə qayıtmaq dedikdə, iki məna başa düşülür: 1. Biri budur ki, əgər siz günahdan qayıtmaq yoluna üz tutsanız, Biz də əzabı sizdən götürərik. 2. Əgər siz üsyan yolu ilə gedərsinizsə, Biz sizə əzab nazil edərik. Bu halda Allahdan ümidini itirən insanlar cəhənnəmlik olarlar. Çünki, hər kəs öz əməlinə görə cavab verər. “Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır)”. (“Tur” 21). İnsan ümidsiz olarsa, kafir olar və kafir insan üçün günah etmək asan olar. Günahkarın yeri isə cəhənnəm olar. Beləliklə, deyə bilərik ki, Allahın rəhmətindən ümidsiz olmaq – bəyənilməyən və məzəmmət olunan əməllərdəndir. Hər kəs bu əmələ düçar olarsa, kəbirə günah etmiş olar. Ona görə də əgər insan Allaha doğru qayıtmaq istəyirsə, gərək tövbə etsin və paklansın. Əks halda yeri cəhənnəm olacaqdır. /Deyerler.org/ Oxşar xəbərlər
|