Bu surəni oxuyan nemətlərə görə hesaba çəkilməz, şükrü əda edən kimi tanınar, qəbir əzabından amanda olar
Mьəllif: Admin
Tarix: 28-06-2021, 20:15
Bu surəni oxuyan nemətlərə görə hesaba çəkilməz, şükrü əda edən kimi tanınar, qəbir əzabından amanda olar
“Təkasur” surəsi Quranın 102-ci surəsi olub, Məkkədə nazil olmuşdur. Bu surəni, ilk ayəsində gələn “Təkasur” sözünə görə belə adlandırıblar. “Təkasur” sözünün mənası “bir-biri ilə müsabiqə” etmək deməkdir.

Bu surə malları ilə öyünən insanları məzəmmət edir. Hədislərimiz buyurur ki, bu ayədəki nemət sözünün mənası – Əhli-Beytdir (ə). Hər kim bu surəni oxuyarsa, elə bil Quranın 1000 ayəsini oxumuşdur.

Bu surə Həzrət Peyğəmbərə (s) nazil olan 16-cı surədir və bu surənin 8 ayəsi vardır.

Peyğəmbərimiz (s) buyurur: “Hər kim bu surəni oxuyarsa, Allah onu, bu dünyada verdiyi nemətlərə görə hesaba çəkməz”.

Hər kim onu əsr namazı vaxtında oxuyarsa, gələn günün Günəş batanına qədər Allahın amanında olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman insan “Təkasur” surəsini oxuyar, səma mələkutunda Allahın şükrünü əda edən kimi tanınar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni yatmazdan əvvəl oxuyarsa, qəbir əzabından amanda olar”.

Əgər kimsə vacib namazda bu surəni oxuyarsa, ona 100 şəhidin savabına çatar. Nafilədə oxuyarsa, ona 50 şəhidin savabına çatar.

Hər kim bu surəni oxuyarsa, Qiyamət günü onun hesabı yüngül olar.

Bir gün Peyğəmbər (s) öz səhabələrinə buyurur: “Sizlərdən kim gündə 1000 ayə oxuya bilər?”.

Soruşurlar ki, kim?

Həzrət (s) buyurur: “Məgər sizlərdən kiminsə gücü çatmaz ki, “Təkasur” surəsini oxusun”.

Bu surənin başqa fəziləti odur ki, əgər kiminsə başı ağrıyırsa, bu surə ona oxunarsa, Allahın izni ilə başağrısı sakitləşər.

/Deyerler.org/


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031