Günahlar silsiləsindən – Hərislik
Ehtiyacdan artıq olan var-dövlətə meyil insanın fikrini dolaşıq salır, onu insanlıqdan, ilahi əhkam və əxlaqdan uzaqlaşdırır. Xalqın malına və haqqına göz dikən insan harama, qarətə və günaha düçar olur.
Allahı və Qiyaməti düşünmək, Allahın əzabından qorxmaq, əxlaq məsələlərinə riayət etmək, insanların hüquqlarını pozmamaq insanı hərislikdən və həddi aşmaqdan qoruyur. Əgər Allah-Taala insan üçün kamil bir süfrə sərmişsə, qazanc üçün müxtəlif yollar qoyulmuşsa və insan qismətindəki son tikəni yeməmiş dünyadan getmirsə, hərislik nəyə lazımdır?! İslam Peyğəmbəri (s) buyurur: «Ən ehtiyacsız şəxs o şəxsdir ki, tamaha əsir olmasın.»[1] Yenə başqa bir hədisdə belə buyurur: «Həris şəxs yeddi çətin bəla içindədir: bədəninə zərərli və faydasız fikir; sonsuz qəm-qüssə; yalnız ölümlə sona çatan əziyyət; nə vaxtsa düçar olacağı qorxu; şirini acıya döndərən kədər; ilahi əzaba düçar edən hesab (əfv olunmazsa); xilas yolu olmayan əzab.» O Həzrət İmam Əliyə (ə) vəsiyyətində belə buyurur: «Ey Əli, səni üç ən çirkin xüsusiyyətdən çəkinməyə çağırıram: paxıllıq, hərislik və yalan.»[2] İmam Sadiq (ə) buyurur: «Nuh gəmidən düşdüyü zaman İblis ona yaxınlaşıb dedi: «Yer üzündə boynumda sənin qədər minnəti olan insan yoxdur. Günahkarlara əzab istəməyinlə məni rahatlığa çıxardın. Səni iki xüsusiyyətdən xəbərdar edirəm. Həsəddən çəkin, gör başıma nələr gətirdi! Hərislikdən uzaq ol, gör Adəmin başına nələr gətirdi.» («Biharul-ənvar», c. 70, səh.163; «Kumeyl duasının şərhi», Ustad Hüseyn Ənsarian, səh.113-114.) [1] «Əl-əmali», Şeyx Səduq, səh.20. [2] «Biharul-ənvar », c.70, səh.62. Maide.az Oxşar xəbərlər
|