Ölən yaxınlarımız üçün ən yaxşı əməllər hansılardır?
Mьəllif: Admin
Tarix: 2-07-2021, 00:07
Ölən yaxınlarımız üçün ən yaxşı əməllər hansılardır?
Bu dünyada qalanlar, öz ölən yaxınları üçün hər nəyi ehsan edərlərsə, ölünün bundan xəbəri olar. Ona görə də hədislərimiz buyurur ki, ölən üçün ən yaxşı ehsan – namazdır.

Əgər ölənin boynunda namaz, oruc, zəkat, xums... qalıbdırsa, onları əda etmək – ən yaxşı xeyir əməl hesab olunur.

Əlbəttə, yoxsul insanlara yemək vermək, ölünün malından infaq etmək də ən üstün xeyir əməllərdəndir.

Hədislərimiz bizlərə başqa xeyir əməlləri də tövsiyə edirlər ki, onlarla tanış olaq:

1. Nə zaman qəbiristanlığın kənarından keçsəniz, 11 dəfə “Tövhid” surəsini oxuyun. Bu zaman nəinki ölənlər üçün, sizin özünüz üçün də çoxlu xeyir yazılar.

2. Ölən üçün 11 dəfə “Qədr” surəsini oxumaq. Bu əməl sizi Qiyamət gününün qorxusundan amanda saxlayar.

3. Ölünün borcunu qaytarmaq.

4. Xeyir işlərdə onları da şərik etmək. Ya xeyir iş görüb, savabını onlara hədiyyə etmək.

Uca Allah cəmi mömin və möminatın mərhum yaxınlarını bağışlasın!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031