Necə olur ki, insan etmədiyi işin savabını alır?
Qurani-Kərimin ayələri buyurur ki, insanın hər bir əməli niyyətinə uyğun olar. Niyyət deyildikdə, əlbəttə fitrət və adət nəzərdə tutulur.
Niyyət iki cür ola bilər: biri təbii niyyətdir, xüsusi zahirə malik olar. Biri isə batinidir ki, quruculuq qabiliyyətinə malikdir. İnsan Qiyamət günü məhz batini niyyəti ilə məhşur olar. Əməlləri ona uyğun olar. O kəsə bənzəyər ki, bir əməli o qədər yerinə yetirər ki, artıq adət halını alar. Əgər insan gecə namazı qılmağa adət edərsə, gecənin müəyyən zamanında ayılar. Əslində onu batini niyyəti ayıltmışdır. Hər kimin xeyir adətləri olar, həmin adətləri onu həmin əməli yerinə yetirməyə vadar edər. Necə ki, Əllamə Təbatəbai özündən asılı olmadan zikr deyərdi. Çünki, o, bu əmələ adət etmişdir. Yol gedən zaman ya namaz qılar, ya da zikr deyərdi. İmam Baqir (ə) buyurur: “İnsanlar Qiyamət günü niyyətləri ilə məhşur olarlar”. İmam Sadiqdən (ə) gələn hədisdə isə oxuyuruq ki, hər kim 40 yaşına gələr, günah yerinə yetirərsə – atəşdə olar. Ya əksinə, yaxşı əməl yerinə yetirərsə – behiştdə olar. Əziz İmam (ə) burada bizə buyurur ki, günahkarlar ona görə cəhənnəmə düşər ki, onların niyyətləri həmişə günah etmək olar. Əgər dünyaya yenidən qayıtsalar, yenə də günah edəcəklər. Behişt əhli isə cavidan behiştdədirlər, ona görə ki, niyyətləri həmişə xeyir əməl yerinə yetirmək olmuşdur. Əgər dünyaya qayıtsalar, yenə də xeyir işlər görməyə davam edəcəklər. Yəni, kimin niyyəti günah olarsa – cəhənnəm əhli olar, kimin niyyəti xeyir əməl olarsa – behişt əhli. Sonra İmam (ə) bu ayəni oxuyur: “De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir»”. (“İsra” 84). Sonra buyurur: “Şakilə dedikdə, niyyət nəzərdə tutulur”. İmam Sadiq (ə) başqa yerdə buyurur: “O mömin bəndə ki, yoxsul olar, deyər: “Allahım, mənə pul və sərvət ver ki, xeyir iş görəm, yoxsullara əl tutam, xeyir binalar tikəm”. Əgər o, düz deyərsə və həqiqətən belə olarsa – Allah onun üçün (həmin niyyətlərin savablarını) yazar”. O qədər insan olmuşdur ki, Allah yolunda mücahidə etmək istəmiş, lakin buna taqətləri olmamışdır, Allah onlara Allah yolunda mücahidə etməyin savabını əta etmişdir. Çünki niyyətləri xeyir niyyət olmuşdur. Ya o insan ki, yoxsuldur, ancaq həccə getmək istəyir, Allahdan bunun üçün pul istəyir – Allah həccin savabını onun üçün yazar, baxmayaraq ki, həccə getməsə belə. Çünki niyyətini etmişdir və əmələ təsir edən də elə həmin niyyətdir. İmam Sadiq (ə) buyurur: “Bəndə niyyət edər ki, “Allahım, bu gecə, gecə namazı qılmaq istəyirəm”. O kəs ki, həmişə gecə namazı qılar, bir gecə ola bilsin ki, yuxu onu aparsın və gecə namazı qıla bilməsin. Həmin niyyət onu oyadar. Ancaq ola bilsin ki, o qədər yorğun olsun ki, mümkündür ki, bacarmasın və yuxu gözlərinə qələbə çalsın. Allah Təala namazın savabını onun üçün yazar. Yəni, həmin namazı əməl dəftərində qeyd edər. Bu zaman yuxuda olsa da, çəkdiyi nəfəsləri “Subhənallah” deyər”. Bu cür hədislər bizə niyyətin insan batininə təsirindən xəbər verir və nə qədər qurucu ola biləcəyini bizlərə aydın edir. Əgər niyyətimiz xeyir olarsa, bu niyyət əməllərimizə təsir qoyar və biz daima xeyir əməl görməyə adət edərik. Xeyir niyyətimiz batinimizi saflaşdırar və bizləri daima xeyirə və saleh əməllərə tərəf yönləndirər. /Deyerler.org/ Oxşar xəbərlər
|